AZƏRBAYCAN VƏ RUSİYA ENERGETİKLƏRİ BAKIDA GÖRÜŞƏCƏKLƏR
Görüş zamanı tərəflər mübadilə olunan elektrik enerjisinin keyfiyyətinin yüksəldilməsi yollarını və bir sıra digər məsələləri müzakirə edəcəklər. Rusiyanın Azərbaycana ötürdüyü elektrik enerjisinin tarifləri barədə məsələ qaldırılması da istisna olunmur. Bundan başqa, Azərbaycanın elektroenergetika bölməsində həyata keçirilən layihələrdə “Rusiya Vahid Enerji Sistemi” Səhmdar Cəmiyyətinin iştirakı perspektivlərinə baxılması da nəzərdə tutulmuşdur.