AZƏRBAYCAN VƏ YUNANISTAN PARLAMENTLƏRARASI ƏLAQƏLƏRƏ XÜSUSİ ƏHƏMİYYƏT VERİR
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixindən danışan Milli Məclisin sədri demişdir ki, son bir neçə ildə Azərbaycan-Yunanıstan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu gün siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. Qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər əlaqələrin genişlənməsi və daha da dərinləşməsində mühüm rol oynamışdır. Parlamentlərarası əlaqələr də möhkəmlənir və biz buna xüsusi əhəmiyyət veririk. Ümid edirik ki, hər iki ölkənin parlamentində yaradılmış dostluq qrupları mövcud olan əlaqələrin daha da inkişafında əhəmiyyətli addımlar atacaqlar.
Səfir Temistokles Dimidis xoş sözlərə görə minnətdarlığını bildirmiş, Milli Məclisin sədri seçilməsi münasibətilə Oqtay Əsədovu Yunanıstan parlamentinin sədri adından və öz adından təbrik etmişdir. Diplomat demişdir ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. O, əlaqələrin bugünkü yüksək səviyyəyə çatmasında Prezidentlərin xüsusi rolundan, parlamentlərarası əməkdaşlıqdan söhbət açmış, bütün sahələrdə münasibətlərimizin genişlənəcəyinə ümid etdiyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]