Azərbaycan “WorldFood Moscow 2020” sərgisində iştirak edəcək
Moskva, 21 sentyabr, AZƏRTAC
“WorldFood Moscow 2020” sərgisində Azərbaycanın 30-dan çox şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.
Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 22-25-də “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “WorldFood Moscow 2020” sərgisi keçiriləcək. “WorldFood Moscow 2020” builki uzun və mürəkkəb pandemiya dövründən sonra Azərbaycanın iştirak etdiyi ilk sərgidir. 30-dan artıq Azərbaycan şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.
“WorldFood Moscow” - Rusiyada ərzaq məhsullarının dünya səviyyəli ən iri payız sərgisidir. Dünyanın hər yerindən olan istehsalçılar bu il öz məhsullarını 64 milli ekspozisiyada nümayiş etdirəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]