Azərbaycan Xalça Muzeyində Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də YAP Səbail rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, rayon ictimaiyyəti nümayəndələri və partiya təəssübkeşlərinin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Dövlət Müstəqilliyi Günü ilə əlaqədar çıxışların dinlənildiyi tədbirdə Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də təqdim edilib.