Azərbaycan yığma komandasının üzvü “Henli Kral Reqatası”nın qalibi olub
Bakı, 3 iyul, AZƏRTAC
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko Böyük Britaniyada təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (Henley Royal Regatta) qalibi olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından məlumat verilib.
Bildirilib ki, Olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında ən yüksək nəticə göstərib.
Təsnifat mərhələlərini uğurla keçən Diana final yürüşündə Polşa idmançısı Maqdalena Vieliçkoya rəqib olub. Yürüş məsafəsini 8 dəqiqə 58 saniyəyə qət edən avarçəkənimiz yarışın qalibi olmaqla fəxri mükafata layiq görülüb.
Qeyd edək ki, 1839-cu ildən etibarən təşkil edilən “Henli Kral Reqatası” Beynəlxalq Avarçəkmə Federasiyasının ən nüfuzlu yarışlarından hesab edilir. Beş gün davam edən yarışda akademik avarçəkənlər hazırkı yarış standartlarında olduğu kimi 2000 deyil, 2112 metr məsafədə mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]