Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib
Bakı, 25 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, birinci dövrə çərçivəsində keçiriləcək matçlar yanvarın 26-27-də və 29-da təşkil olunacaq.
Yanvarın 26-da saat 18:00-da ikinci tur çərçivəsində “Express” “Sərhədçi”ni, ertəsi gün saat 16:00-da MOİK “Murov”u sınağa çəkəcək. Yanvarın 29-da isə üçüncü turun “Neftçi” - “Express” oyunu olacaq. Qarşılaşmanın start fiti saat 15:00-da veriləcək.
Görüşlər “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]