Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir - RƏY

Azərbaycan Zəfər paradından sonra qələbə dastanı yazmaqda davam edir - RƏY

Bakı, 5 dekabr, AZƏRTAC

İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin, eyni zamanda, hərbi qüdrətimizin dünyaya təqdimatı olan 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradından üç il keçir. Bu üç ilin Azərbaycanın çoxəsrlik tarixinə hansı mühüm səhifələri yazdığını qeyd etmədən öncə şanlı Qələbəmizi şərtləndirən amillərə bir daha nəzər salmağa böyük zərurət duyulur. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən Zəfər paradı özəlliyi ilə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda belə bir əminliyi ifadə etmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, bu inamın ifadə edildiyi tarixdən iki il sonra Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Vətən müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli ordumuz hansı imkanlara malik olduğunu nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi oldu. Müharibənin başlandığı gündən bir addım belə geri çəkilməyən Silahlı Qüvvələrimizin 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etməsi böyük gücün, qüdrətin göstəricisi idi. Dünyaya səs salan, bir dastana çevrilən Şuşa əməliyyatı mənfur düşmənin diz çökməsini, kapitulyasiya aktına imza atmasını şərtləndirdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizdən bir ay sonra keçirilən Zəfər paradı dünyanın diqqətini bir daha Qələbəmizin yaratdığı reallıqlara, həmçinin 44 günün işıq saldığı həqiqət anına yönəltdi. Bu baxımdan ki, Vətən müharibəsi hər zaman qeyd etdiyimiz kimi, kimlərin haqqın, ədalətin, kimlərin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım dünyaya verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Məhz paraddakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım, Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək”. Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında əksini tapan fikirlər postmünaqişə dövrünün hədəfləri barədə aydın təsəvvür yaratdı. Məhz tarixi Zəfərimizdən, onun təqdimatı olan Zəfər paradından çox qısa zaman keçdikdən sonra 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiliyini təsdiqləyən sənəd - Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə xalqlarımız deyil, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, müttəfiq ölkənin siyasəti əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Əsas hədəflərdən biri tarixi Zəfərimizin reallıqları əsasında yeni əməkdaşlıq formatlarının yaradılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. 2020-ci il noyabrın 10-da keçirilən Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər,Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi. Xalq-Prezident-Ordu birliyi sayəsində 30 ilin işğalına son qoyulması özündə bütün məqamları ehtiva edir.

Vüqar Rəhimzadə qeyd edib ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında böyük əminliklə vurğuladığı kimi, Azərbaycan dastan yazmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri geniş miqyas alıb. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə dünyaya açılması, Zəngilanda birgə investisiya layihəsinin- “Dost Aqro”nun icrasına başlanılması, ümumilikdə türk dövlətlərinin bərpa-quruculuq işlərinə öz töhfələrini, ən əsası hədiyyələrini təqdim etmələri qürurverici hadisələrdir. Şübhəsiz, tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi onun yaratdığı reallıqların dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Azərbaycan, həmçinin dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma forumları bunun bariz nümunəsidir. Məhz bu ərazilərin forum üçün məkan seçilməsi səbəbsiz deyil. Məlum olduğu kimi, bu torpaqlar dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə bərpa edilir. Artıq ilk “ağıllı kənd” olan Zəngilanın Ağalı kəndinin ardınca Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq.

YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, postmünaqişə dövrünün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpasıdırsa, digəri müdafiə gücümüzün daha da artırılmasıdır. Qazandığı uğurlarla kifayətlənməyib hər zaman irəli baxan Azərbaycan üçün bu reallıq inkaredilməz idi ki, Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin belə təxribatların qarşısını alması üçün daha güclü olması vacib amillərdən biri idi. Tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və sair kimi mühüm hadisələr Azərbaycan Ordusunun gücünün təqdimatı oldu.

Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Möhtərəm Prezident Xankəndidən Azərbaycan xalqına müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verilən bütün vədləri, qarşıya qoyulan vəzifələri uğurla icra etdim. 8 Noyabr-Zəfər Günündə isə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu parad bir daha dünyaya mühüm mesajları çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq