AZƏRBAYCANDA BELARUS MİLLİ SƏRGİSİNİN AÇILIŞI
AZƏRTAC xəbər verir ki, mayın 3-də, Bakıda, Respublika Olimpiya Kompleksində Azərbaycanda Belarus milli sərgisinin rəsmi açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.Milli geyimli belaruslu qızlar dövlət başçılarını duz-çörəklə qarşıladılar.
Açılışı bildirən qırmızı lenti kəsdikdən sonra prezidentlər ekspozisiya ilə tanış oldular. Belarus Dövlət Yeyinti Sənayesi Şirkəti (“Belqospişşeprom”), “Babuşkina krınka” ASC, Orşa “Ətkonservkombinatı” ASC, Minsk avtomobil zavodu, “Amkodor”
ASC, Qomel kənd təsərrüfatı maşınqayırması zavodu (“Qomselmaş”), “Mogilyovliftmaş”, “Mərkəz” Elm-İstehsal Birliyi, “Stroydetali” ASC və başqa müəssisələrin təmsilçiləri buraxdıqları məhsullar haqqında Azərbaycan və Belarus prezidentlərinə ətraflı məlumat verdilər.
ASC, Qomel kənd təsərrüfatı maşınqayırması zavodu (“Qomselmaş”), “Mogilyovliftmaş”, “Mərkəz” Elm-İstehsal Birliyi, “Stroydetali” ASC və başqa müəssisələrin təmsilçiləri buraxdıqları məhsullar haqqında Azərbaycan və Belarus prezidentlərinə ətraflı məlumat verdilər.Belarusun informasiya nazirinin müavini İqor Laptyonok Azərbaycan Prezidenti İlham Əliyevə qarşıdakı 9 May Qələbə günü münasibətilə ikicildlik “Pobeda” kitabını hədiyyə etdi. Nazirliyin sərgidəki stendində 500-dən çox adda kitab, jurnal və qəzet
nümayiş etdirilir.
nümayiş etdirilir.Kompleksin həyətində Gəncə avtomobil zavodunda buraxılmış Belarus avtomobilləri və traktorlarının sərgisində prezidentlərə müəssisənin fəaliyyəti, iki ölkənin maşınqayıranlarının əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verildi. Kənd təsərrüfatı naziri İsmət Abasov bildirdi ki, “Aqrolizinq” ASC xətti ilə ilin sonunadək Gəncə avtomobil zavodundan 8 milyon
manatlıq 382 traktor alınacaqdır.
manatlıq 382 traktor alınacaqdır.Prezident İlham Əliyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova “Mogilyovliftmaş” zavodu ilə müvafiq danışıqlar aparıb paytaxtın lift təsərrüfatını qaydaya salmaq barədə tapşırıq verdi.
Sərginin açılışında nazirlər, dövlət komitələri və şirkətlərinin rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun, yerli və xarici kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.
Sərgi mayın 5-dək davam edəcəkdir.