CƏMİYYƏT
Azərbaycanda bu günə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Azərbaycanda 844 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 41 min 622, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 924 min 126, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 496 nəfər təşkil edir.