AZƏRBAYCANDA DAĞISTAN GƏNCLƏRİNİN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLMİŞDİR
Qusar, 6 iyul (AZƏRTAC). Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılığa əsasən Qusar rayonunda Dağıstan Respublikası gənclərinin Azərbaycanda mədəniyyət günləri keçirilmişdir.
Silsilə tədbirlərin məqsədi gənclər arasında mədəni əlaqələrin qurulmasıdır.
Azərbaycan və Dağıstan nümayəndə heyətlərinin, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin də daxil olduqları tədbirin iştirakçıları əvvəlcə Qusardakı Gənclər evi ilə tanış olmuşlar.
Sonra Qusar mədəniyyət sarayında iki ölkənin fotoqraf və rəssamlarının əsərlərindən ibarət sərginin açılış mərasimi olmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bu qəbildən olan tədbirlərin Azərbaycanın uzaq və yaxın qonşularına xoş məramını əks etdirdiyini demişdir. Qonaqlar da öz növbələrində belə tədbirlərin iki qonşu xalq arasında körpü rolu oynadığını və dostluq əlaqələrinin qurulmasında özünəməxsus yeri olduğunu bildirmişlər. Hər iki ölkənin təbiətini, tarixini, mədəni abidələrini, insanlarını özündə əks etdirən rəsm nümunələri tədbir iştirakçılarının marağına səbəb olmuşdur.
Gənclərin və dövlət rəsmilərinin qatıldığı “dəyirmi masa”da isə gənclər siyasəti sahəsində əldə olunan uğurlardan danışılmışdır.
Tədbir Dağıstandan və Azərbaycandan olan incəsənət ustalarının konserti ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]