İQTİSADİYYAT
Azərbaycanda “DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq
Bakı, 11 mart, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) 2024-cü ilin hədəflərinə "DigiMATE” - KOB-ların rəqəmsallaşdırılması proqramının icrası daxildir.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov qurumun 2023-cü iIin hesabatı və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
"2024-cü ildə agentlik “DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyasının qurulmasını planlaşdırır. KOB-lar arasında rəqəmsallaşmanın vəziyyəti üzrə tədqiqatın aparılması nəzərdə tutulub. Bu il "Digi30" layihəsinə start veriləcək. Burada 30 yaş ətrafı 15 qadın və 15 kişi sahibkar üçün təlimlər baş tutacaq, rəqəmsallaşma portalının qurulması təmin olunacaq. Rəqəmsallaşma addımlarını əhatə edən Yol Xəritəsinin hazırlanması hədəflənib", - deyə R.Xalıqov əlavə edib.