REGİONLAR
AZƏRBAYCANDA ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI İLƏ ƏLAQƏDAR NÖVBƏTİ SƏRƏNCAM İMZALANMIŞDIR
Bakı, 28 dekabr (AZƏRTAC). Prezident İlham Əliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması ilə əlaqədar heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədi ilə dekabrın 28-də Sərəncam imzalanmışdır.
Sərəncamda 2010-cu ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 3 milyon manatın ayrılması nəzərdə tutulmuşdur.
Maliyyə Nazirliyi vəsaitin qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyələşdirilməsini təmin edəcəkdir.