REGİONLAR
AZƏRBAYCANDA ƏT İSTEHSALI ARTIRILACAQDIR
Bakı, 2 yanvar (AZƏRTAC). “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən 2015-ci ilə qədər ət istehsalının 340 min tona çatdırılması planlaşdırılır.
Bu barədə məlumat verən kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, son iki ildə qeydə alınan rəqəmlər Dövlət Proqramında nəzərdə tutulan bu prioritet vəzifənin 2015-ci ildən də tez yerinə yetiriləcəyinə əminlik yaradır.
Məlumat üçün bildirək ki, 2008-ci ildə diri çəkidə 302,8 min ton, ötən ilin on bir ayında isə 278,8 min ton ət istehsal olunmuşdur. 2009-cu ilin yekunlarına görə bu rəqəmin 2008-ci ildəki göstəricini üstələcəyi gözlənilir.