Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanmışdır
Bakı, 29 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində iyul ayına olan hava proqnozunu açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 21-25, gündüzlər 29-34 dərəcə isti olacaq, bəzi günlərdə 35-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 17-22 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək yüksələcək, gündüzlər 30-35 dərəcə isti olacaq, bəzi günlərdə 36-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 21-26 dərəcə isti olacaq, bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 26-31 dərəcə isti olacaq, bəzi günlərdə 33-36 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 19-24, bəzi günlərdə 26 dərəcəyədək yüksələcək, gündüzlər 32-36 dərəcə isti, bəzi günlərdə 37-40 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 19-24, gündüzlər 30-35, bəzi günlərdə 36-38 dərəcə isti təşkil edəcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.