Azərbaycanda meşələrin ərazisi artmışdır
Bakı, 25 mart (AZƏRTAC). Bütün dünyada meşələrin ərazisi azaldığı halda, Azərbaycanda meşələrin ərazisi 0,4 faiz artmışdır.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, ölkəmizdə meşələrin qırılmasının qarşısının alınması üçün çox işlər görülmüşdür. Əfsuslar olsun ki, burada qazlaşdırma və odun ehtiyatı ilə bağlı problemlər vardır. Bu problemlər tədricən aradan qaldırılır. Ancaq digər məsələ meşə idarələrinin yerlərdə müəyyən təsirlər altına düşməsidir.
Onun sözlərinə görə, son iki il yarımda Abşeron yarımadası və ətraf ərazilərdə əkilən zeytun ağaclarının əhatə etdiyi sahə ölkəmizin bütün tarixi boyunca Azərbaycanda salınan zeytunluqlardan çoxdur. Bakı ətrafında damcılı suvarma sistemi ilə zeytun, o cümlədən müxtəlif növ ağaclar əkilir. Bu sistemlə suvarma üçün 1 hektar əraziyə 4500 manat məbləğində vəsait xərclənir ki, bu da həddindən artıq azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]