Azərbaycanda mis konsentratı istehsalı 5 dəfədən çox artıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mis konsentratı istehsalı 14 min 494,8 ton təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 min 728,2 ton və ya 5,2 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 1335,5 ton və ya 7,7 dəfə artaraq 1536,2 ton olub.
Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə mis konsentratı istehsalı 2766,6 ton, hazır məhsul ehtiyatı isə 200,7 ton təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [15:02]
“Wonderful” şirkəti Azərbaycanda ofis açmağı planlaşdırır
- 28.10.2026 [13:13]