AZƏRBAYCANDA MÜƏLLİM HAZIRLIĞI ÜZRƏ TƏDRİS PROQRAMINI İNKİŞAF ETDİRMƏK ÜÇÜN ÜÇİLLİK PROQRAM HƏYATA KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, layihə ötən ildən həyata keçirilməyə başlanılmışdır və məqsəd Azərbaycanda müəllim hazırlığı üzrə təhsilin inkişafına yardım göstərməyi, bu sahədə təhsil orqanlarının, müəllim icmasının imkanlarının gücləndirilməsi nəzərdə tutulub. Təhsil naziri Misir Mərdanov çıxış edərək, üç mərhələdə həyata keçiriləcək bu layihəni məqsədyönlü bir addım kimi dəyərləndirib və proqramın ölkənin pedoqoji təhsil müəssisələrinin müəllimlərinə müəllim hazırlığı sahəsində yeni tədris proqramının və təlim materiallarının hazırlanmasına yardım göstərəcəyini vurğulayıb. Seminarda Təhsil Proqramının direktoru Emili Dikson, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, ölkənin bir çox pedoqoji institutlarının rektor, prorektor və baş müəllimləri, təhsil üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Proqram ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri şöbəsi tərəfindən Azadlığa dəstək aktı çərçivəsində maliyyələşdirilir.