Azərbaycanda müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat açıqlanmışdır
Bakı, 31 mart (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkəmizdə müşahidə olunan kəskin hava şəraiti haqqında məlumat yaymışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ölkə ərazisində martın 30-da hava şəraiti kəskin dəyişmiş, yağıntılı olmuş, sulu qar və qar yağmışdır. Bəzi rayonlarda yağıntı intensiv olmuş, güclü şimal-qərb küləyi əsmişdir.
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Xınalıqda 30, Kişçayda 26, Daşkəsən, Göygöldə 22, Ordubadda 21, Qubada 18, Lerikdə 16, Yardımlıda 14, Rvarud (Lerik) və Altıağacda 13, Şəki və Kəlvəzdə 12, Zaqatalada 11, Naxçıvanda 10, Ağdərədə 8, Şahbuzda 6, Qəbələdə 5, İsmayıllıda 4, Şərurda 3, Biləsuvarda 2, Salyan, Göytəpə və Bakıda 1 santimetr təşkil etmişdir.
Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı, Bakıda və Abşeron yarımadasında 1-4, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]