Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən AZS ISO 10290:2024 “Toxuculuq məmulatları - Pambıq ipliklər - Texniki şərtlərin əsası” dövlət standartı qəbul edilib.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tək qat əyirilmiş, ağardılmamış pambıq ipliklərin təsviri zamanı tətbiq olunmalı meyarların və müvafiq sınaq üsullarının müəyyənləşdirilməsidir.
Qeyd edək ki, sözügedən dövlət standartı “Tekstil sahəsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]