Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda Paralimpiya Hərəkatı: Uğurdan-uğura böyük addımlarla

Azərbaycanda Paralimpiya Hərəkatı: Uğurdan-uğura böyük addımlarla

Bakı, 26 sentyabr, AZƏRTAC

Hər bir xalq öz qəhrəmanları ilə öyünür. Şərait qəhrəmanları, qəhrəmanlar isə tarix yaradır. Bu gün hər birimiz qalib ölkənin vətəndaşlarına çevrilib, tarix yazan xalqların sırasına qoşulub. Tarixən qəhrəmanlar yetişdirən, xalqına, torpağına bağlı ərlərlə tanınan Azərbaycan öz ənənəsinə sadiq qalaraq bir daha bunu dünyaya nümayiş etdirmiş oldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yazdığı qəhrəmanlıq salnaməsi hər birimiz üçün vətənpərvərlik nümunəsi oldu. Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərimiz uzun həsrətdən sonra öz el-obalarına qayıdırlar. Ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, erməni vandallarının həmin ərazilərdə törətdikləri vəhşiliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır.

Regionda söz sahibinə çevrilən Azərbaycan bu gün böyük layihələrin təşkilatçısı kimi beynəlxalq siyasi arenada mühüm əhəmiyyətə malik ölkəyə çevrilib. Siyasi, iqtisadi, nəqliyyat, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın nüfuzunu daha da artırır, yeni uğurların başlanğıcı rolunu oynayır. Təbii ki, idman sahəsində əldə olunan nailiyyətlər də yaddan çıxmamalıdır.

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikada yaradılan idman infrastrukturu, yüksək təşkilatçılıq bacarığı və idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər Azərbaycanı dünyada idman ölkəsinə çevirib. Ali idman qurumları heç bir tərəddüd etmədən irimiqyaslı yarışların təşkilini ölkəmizi həvalə edirlər.

Hər bir uğurun arxasında əzmkarlıq, gərgin zəhmət və güclü iradə dayanır. Bu uğur formulu idman sahəsinə də aid edilir. Böyük səy və həvəslə mötəbər yarışa hazırlaşan hər bir azərbaycanlı idmançının bir məqsədi və bir amalı var: Üçrəngli bayrağımızı dalğalandırmaq və Dövlət Himnimizi səsləndirmək. Bütün bunlar vətənpərvərlikdən irəli gəlir. Vətən sevgisi, torpağa bağlılıq və yeniyetmələrin bu ruhda böyüməsi digər sahələrdə olduğu kimi, idmanda da yeni nailiyyətlərə təkan verir. Azərbaycanda idman siyasətinin düzgün qurulmasını bu sahədə qazanılan uğurlu nəticələr də təsdiqləyir. Düzgün formalaşdırılmış idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Hazırda ölkəmiz mötəbər idman yarışlarının nəbzinə çevrilib. İl ərzində dünya və Avropa çempionatlarının, nüfuzlu beynəlxalq turnirlərin, Formula 1 yarışının yüksək səviyyədə təşkili bir çox ölkələrə nümunə kimi göstərilir. Yüksək reytinqli yarışların təkcə Bakıda deyil, regionlarda da keçirilməsi ölkədə bu sahənin kütləviləşməsinə, yeniyetmələrin idmana cəlb olunmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə böyük töhfə verir. Məhz bunun nəticəsidir ki, bu gün bir çox Avropa və dünya çempionlarımız bölgə idman klubları və məktəblərinin yetirmələridir.

Bu gün olimpiyaçılarımız kimi, paralimpiyaçılarımız da dünya idmanında öz sözlərini deməyi bacarırlar. 1996-cı ildə yaradılan Milli Paralimpiya Komitəsinin rəhbərliyi altında idmançılarımız indiyədək 7 Yay və 1 Qış Paralimpiya oyunlarında güclərini sınayıblar. Hər Paralimpiadada nəticələrini yaxşılaşdıran atletlərimiz xarakter və güclü iradə nümayiş etdirərək əlillərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasında mayak rolunu oynayırlar. Paralimpiyaçılarımızın idmana olan sevgisi və yeni zirvələri fəth etmək arzusu minlərlə idmançını Milli Paralimpiya Komitəsinin ətrafında sıx birləşdirir. Aramsız məşqlər, yuxusuz gecələr, qələbəyə inam, vətən sevgisi və əzmkarlığın nəticəsində paralimpiyaçılarımızın “Tokio-2020” Yay Paralimpiya Oyunlarında möhtəşəm qələbəsi tarixin yaddaşına qızıl hərflərlə həkk olundu. Əslində bunun özü də qəhrəmanlıq və uğur yolunun davamı idi.

Azərbaycan paralimpiyaçıları - Qəhrəmanlıq salnaməsinin davamçıları

“Tokio-2020”yə qatılan 36 idmançımızın hər biri mükafata layiq idi. Onların hər biri sınaqdan keçmiş və gözəl nailiyyətləri ilə özlərini tanıtmış idmançılardır. Paralimpiadada ölkəmizin ciddi problemlərlə üzləşməsinə baxmayaraq, heç bir amil komandadakı abı-havanı pozmağa imkan vermədi, ruh düşkünlüyünə yol açmadı. Peşəkar heyət bütün problemlərə hazır və yalnız qələbə haqda düşünürdü. Komanda inanılmaz nəticələr göstərdi və ilk onluqda yer almağı bacardı. Bir Paralimpiya Oyunlarında 14 qızıl medal qazanmaq böyük nailiyyətdir. Paralimpiyaçılar ailəsi növbəti Paralimpiadada bu nəticəni saxlamaq, hətta daha yüksək uğura imza atmağı qarşısına məqsəd qoyub. Ölkəmizin başçısı İlham Əliyevin “Bizim paralimpiyaçılarımız güclü komandalar sırasındadır” fikri Tokio Paralimpiadasında öz təsdiqini bir daha tapdı.

Bu uğurun təməlində Milli Paralimpiya Komitəsinin yüksək təşkilatlanması, illər ərzində peşəkar məşqçi heyətinin formalaşdırılması dayanır. Komitədə çalışan mütəxəssislər də bu sahəni çox gözəl bilirlər. Peşəkarlıq, yüksək təşkilatlanma, bu sahəyə sevgi və komandada mehribançılıq əsas amillərdəndir.

Ölkə idmanında yeni nəfəs, qabaqcıl ideyalar və çağırışlar

İdman ictimaiyyətinin nümayəndələri, bu sahədə fəaliyyət göstərən qurum və federasiyalar ölkə idmanında aktivləşmənin bəhrəsini görməyə başlayıblar. Belə ki, Gənclər və İdman Nazirliyinin rəhbər strukturunda olunan yeni təyinatlar, yeni rəhbərlik tərəfindən həyata keçirilən fəaliyyət, bütün federasiyaların diqqət mərkəzində olması ölkə idmanının inkişafına daha əlverişli şərait yaradıb. Nazirlik tərəfindən hər bir kiçik problemə böyük qayğı ilə yanaşılması, qarşıya çıxan məsələlərin vaxtında və təxirəsalınmadan həll edilməsi uğura aparan yolun təməlini qoyubdur. Təbii ki, belə əməkdaşlıq əldə edilən nailiyyətlərin davamlı olacağını bir daha təsdiqləyir.

Artıq müəyyən müddətdən sonra idman sahəsindəki sükut pozulub. Baxmayaraq ki, “Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunlarına vaxt çox azdır. Lakin ölkə idmanını böyük bir sıçrayış gözləyir. Bu sıçrayışın elementləri artıq görülməkdədir. Çünki təkcə olimpiyaçılar deyil, paralimpiyaçıların da dünya və Avropa çempionatlarında, mötəbər turnirlərdə uğurlu nəticələri sıralaması, komandalarda gəncləşmə, yığmalarda Azərbaycanın bütün regionlarının iştirakının təmin edilməsi, rayonlarda Olimpiya İdman komplekslərinin işinin fəallaşdırılması və idmanda kütləviliyin artırılması üçün cəhdlərin göstərilməsi müşahidə olunur. Bunların hamısı öz uğurlu nəticəsini göstərəcək, bu istiqamət, bu siyasət öz bəhrəsini verəcək və komandalarımız Parisdə daha güclü təmsil olunacaqlar.

Yaxın vaxtlarda Milli Paralimpiya Komitəsində “Paris-2024” Paralimpiadasına hazırlıqla bağlı qərargah yaradılacaq və burada çox ciddi tapşırıqlar veriləcək. Həmin qərargahda bütün məsələlər təhlil olunacaq, idmançıların məşqlərə cəlb edilməsi, onların farmakalogiyaları, lazımi avadanlıqlarla təchizatı və turnirlərdə iştirakı barədə müzakirə aparılacaq. Komitənin məqsədi, ölkəmiz “Tokio-2020”də 36 idmançı ilə təmsil olunmuşdusa “Paris-2024”də bu rəqəmin 50-yə çatdırılmasıdır. Tokioda paralimpiyaçılarımız 6 idman növündə gücünü sınamışdısa, Paris Paralimpiadasında 8 idman növündə medallar uğrunda mübarizə aparılması planlaşdırılır. Həm kəmiyyətin, həm də keyfiyyətin artırılması Parisdə daha uğurlu nəticələrə imza atmaq imkanı verəcək. Məsafə və vaxt baxımından da Paris Paralimpiya Oyunları təmsilçilərimiz üçün daha əlverişli olacaq.

Paralimpiyaçılarımızın Konya zəfəri

Ötən ay Türkiyənin Konya şəhəri V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. 2017-ci ildə Bakıda təşkil olunan IV İslamiadada olduğu kimi, Konyada da paralimpiyaçılar medallar uğrunda mübarizə apardılar. Sevindirici haldır ki, Azərbaycan paralimpiyaçıları da mükafatçılar sırasında yer almağı bacardılar.

Bakıda təşkil olunan İslamiadada paralimpiyaçılar cüdo və atletika idman növlərində güclərini sınamışdılar. Həmin vaxt Milli Paralimpiya Komitəsinin idmançıları 24 medal qazanmışdılar ki, ondan 12-si qızıl idi. Azərbaycanın medal sıralamasındakı mövqeyində paralimpiyaçılarımızın əldə etdiyi mükafatlar böyük rol oynamışdı. Konyaya beynəlxalq yarışlarda yüksək təcrübəsi olmayan idmançılarımız yollanmışdı. Stolüstü tennis yarışlarına qatılan idmançılarımız ilk dəfə ölkə xaricində yarışda iştirak edirdilər. Eləcə də, kamandan oxatanlarımız arasında idmana yeni qədəm qoyanlar da var idi. Buna baxmayaraq, əzmkarlıq nümayiş etdirən paralimpiyaçılarımız medallar əldə etməyi bacardılar.

Ümumilikdə, təmsilçilərimiz Konyada gözəl nəticələr göstərdilər. Gözəl nəticə yalnız qızıl medal əldə etmək deyil. Azərbaycan idmançıları V İslamiadada 99 medal əldə etdi və təhlillər onu göstərir ki, atletlərimiz yarışa ciddi hazırlaşıb, zirvələr fəth etmək üçün qarşılarına məqsəd qoyublar. Bu yarış, həmçinin idman qurumlarına və federasiyalara öz komandalarının hazırlığını bir daha nəzərdən keçirmək imkanı verdi və sanki baxış mərhələsi rolunu oynadı. Müşahidələr Azərbaycan idmanının düzgün istiqamətdə inkişaf etdiyini və federasiyaların da bu istiqamətdə uğurlu fəaliyyət göstərdiyini təzahür etdirdi. Heç şübhəsiz ki, gərgin iş, sərf olunan əmək öz uğurlu düsturunu Parisdə də göstərəcək.

Milli Paralimpiya Komitəsi əlilliyi olan şəxslərin toplaşdığı və güvəndiyi bir məkana çevrilib

Əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyasını təşkil etmək Milli Paralimpiya Komitəsinin əsas hədəfidir. Komitə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin də Paralimpiya hərəkatına cəlb edilməsi ilə bağlı mühüm işlər görür. Qazilərlə mütəmadi olaraq görüşlər keçirilir, onlara Paralimpiya hərəkatı, yay və qış idman növləri haqqında ətraflı məlumat verilir. Artıq Komitədə Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya fəaliyyət göstərir. Komissiya qaziləri Paralimpiya hərəkatına qoşulmağa və peşəkar idmanla məşğul olmağa sövq edir. Müharibə zamanı əlil olan şəxslər artıq Milli Paralimpiya Komitəsinin yığma komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər.

Milli Paralimpiya Komitəsi əlilliyi olan şəxslərin toplaşdığı və güvəndiyi bir məkana çevrilib. Aparılan düzgün maarifləndirmə, əlillərin idmana cəlb olunması üçün həyata keçirilən layihələr ölkəmizdə Paralimpiya hərəkatının inkişafında yeni səhifələr açır. Peşəkar komandanın toplaşdığı kollektiv idmanla məşğul olmaq istəyən hər bir əlilliyi olan vətəndaş üçün öz qapılarını açır, onların problemlərini dinləyir və həlli istiqamətində birgə addımlar atır. Paralimpiyaçıların möhtəşəm qələbələri əlilləri idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına və Paralimpiya Hərəkatının bir hissəsinə çevrilməsinə ruhlandırır. Bu da öz növbəsində Paralimpiya komandasına güclü idmançıların cəlb olunması ilə nəticələnir.

Əlilliyi olan vətəndaşların Abilimpiya hərəkatına cəlb olunmasının üstünlükləri

Milli Paralimpiya Komitəsi əlilliyi olan insanları idmanla yanaşı, digər istiqamətlər üzrə də öz ətrafında birləşdirir. Bu istiqamət - Abilimpiya hərəkatıdır. Abilimpiya əlilliyi olan şəxslər arasında peşə sahəsində beynəlxalq yarışlar sistemidir. Abilimpiya hərəkatı 1972-ci ildə Yaponiyada yaradılıb. İlk beynəlxalq abilimpiya yarışları da 1981-ci ildə məhz Tokioda keçirilib. Abilimpiya hərəkatının yaradılmasında məqsəd əlilliyi olan şəxslərin peşə bacarıqlarını inkişaf etdirmək və peşəkar mütəxəssislər hazırlamaqdır.

Artıq iki ildir ölkəmizdə Azərbaycan Abilmpiya Federasiyası fəaliyyətə başlayıb. Milli Paralimpiya Komitəsinə müraciət edən insanların hər birinin idmana cəlb edilməsi mümkün deyildi. Paralimpiya Hərəkatı peşəkar idman sahəsidir. Paralimpiyaçıların əldə etdikləri nəticələr olimpiyaçıların qazandıqları nəticələrə çatır. Peşəkar idmançı ola bilmək üçün ilk növbədə istedadın olması vacibdir. Bu səbəbdən komitə müraciət edən insanların çoxunu geri göndərməli olurdu. Lakin bununla yanaşı, komitədə bu sahədə müzakirələr aparılırdı. Müraciət edən vətəndaşların ictimai işlərlə məşğul olması üçün hansı sahələrə cəlb olunması barədə fikir mübadiləsi gedirdi. Ancaq dünya təcrübəsi bu mərhəmətli və nəcib işdə Milli Paralimpiya Komitəsinin köməyinə gəldi desək, yanılmarıq. Uğurlu axtarış nəticəsində ölkəmizdə Abilimpiya hərəkatına start verildi. Abilimpiya idman yarışı deyil, peşə yarışlarıdır. Gələn il Fransada Abilimpiya Oyunları keçiriləcək və Azərbaycanın da yarışda iştirakı nəzərdə tutulub. Hazırda komandamız bu yarışa ciddi hazırlaşır.

Federasiyanın formalaşdırılmasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidmətləri də xüsusi vurğulanmalıdır. Ümumiyyətlə nazirlik ölkəmizdə həm Paralimpiya, həm də Abilimpiya hərəkatlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Federasiyanın fəaliyyətə başlaması ilə yanaşı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə birgə çox layihələr icra olunub. Məhz birgə əməkdaşlıq nəticəsində ölkədə Abilimpiya hərəkatının tanınması populyarlaşması və kütləviləşməsi geniş vüsət alıb. Hazırda bu hərəkata minlərlə əlilliyi olan şəxs müraciət edir. Bundan əlavə, Milli Paralimpiya Komitəsi ilə Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi arasında sıx əməkdaşlıq mövcuddur.

Komitə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə cari ilin iyun ayında “True Colors Festival”ı baş tutub. Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr olunan və “Bir dünya, bir ailə” şüarı ilə keçirilən festival iki ölkə arasında dostluq əlaqələrinin təzahürü olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli insanların bacarıqlarını göstərmələri üçün platforma rolunu oynadı. Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı olan “The Nippon Foundation”in dəstəyi ilə təşkil olunan festival adi konsert, şou kimi görünə bilərdi. Lakin bu festivalın arxasında gərgin iş dururdu. Məşqlərin aparılması, Yaponiya və Azərbaycandan əlilliyi olan şəxslərin birlikdə nümayiş etdirdikləri nömrələrin hazırlanması təxminən yarım il sürdü. İki gün ərzində Dənizkənarı Milli Parkda baş tutan bu festival xeyli sayda tamaşaçı topladı. Bu festivaldan sonra Abilimpiya hərəkatına qoşulmaq istəyənlərin sayı çoxaldı. Bu cür tədbirlər əlillərin daha da fəallaşmasına səbəb olur.

Əlilliyi olan şəxslərdə və ya sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərin bəzilərində müəyyən psixologiya var. Onlar cəmiyyət arasına çıxmağa, hər hansı bir məsələ ilə bağlı iştirakdan qorxur və çəkinirlər. Lakin bu sadəcə bir psixologiyadır, insan faktoru deyil. İnsan yaşamaq, yaratmaq üçün yaranıb. Əgər insanın fiziki məhdudiyyəti varsa, Allah ona digər tərəfdən bir istedad verir. Azərbaycanda dünya səviyyəli və xüsusi istedada malik əlilliyi olan idmançılarımız var. Ümumiyyətlə, respublikada yaradıcı əlilliyi olan şəxslər çoxdur. Onların hər birinin içində olan bu istedadı üzə çıxarmaq və ona yol göstərmək mütləqdir. Çünki hər bir əlilliyi olan şəxsin özünün uğur yolu olmalıdır. Bunu ictimaiyyətə çatdırmaq üçün Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsi birgə 2019-cu ildə “Yenilməzlər” layihəsini təqdim edib. Dünyada məşhur motivatorlar Azərbaycana dəvət olunub. Məqsəd əlillərin uğur yolu anlayışını bütün təbəqələrə çatdırmaq idi. Uğur qazanmaq üçün sadəcə iradə, istək lazımdır. Əgər bunlar üst-üstə düşürsə, uğur əldə etmək o qədər də çətin olmur. Komitənin, dövlət orqanlarının, ümumilikdə ictimaiyyətin əsas rolu əlilliyi olan şəxslərin yanında olmaq, onlarda mövcud istedadı üzə çıxarmaq və bu kateqoriyadan olan insanları cəmiyyətə qaytarmaqdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlər xüsusi yer tutur. Fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır. Ölkəmizdə sosial siyasətin ildən-ilə güclənməsində, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum gənclərə diqqət və qayğının artırılmasında, ümumən sosial müdafiə sisteminin sosial ədalət prinsipləri üzərində daha da gücləndirilməsində Mehriban xanım Əliyevanın çox geniş miqyası əhatə edən ardıcıl xidmətləri, layihə və təşəbbüsləri mühüm rola malikdir.

Uşaq Paralimpiya Komitəsi ehtiyat heyətin
formalaşdırılmasında mühüm rola malikdir

Milli Paralimpiya Komitəsinin təşəbbüsü ilə dünyada ilk dəfə 2013-cü ildə Uşaq Paralimpiya Komitəsi yaradılıb. Bəlkə də daha əvvəllər hansısa ölkədə sağlamlıq imkanları məhdud uşaqların idman cəlb olunması istiqamətində işlər görülürdü. Amma təşkilatlanma yox idi. İlk dəfə məhz Azərbaycanda bu təşkilatlanma aparıldı. Bu işdə “UNICEF-Azərbaycan”ın müstəsna xidmətləri olub. 2013-cü ildən ölkəmizdə ilk dəfə 8 idman növünün yer aldığı Uşaq Paralimpiya Oyunları keçirilib. Sonuncu oyunlarda isə Gürcüstandan da uşaqlar iştirak ediblər. Milli Paralimpiya Komitəsinin əsas məqsədi Uşaq Paralimpiya Oyunlarına dünya statusunun verilməsidir. Gələcəkdə böyüklərin Paralimpiadası ilə yanaşı, uşaqların da Paralimpiya Oyunlarının keçirilməsi və bu layihənin təşəbbüskarının ölkəmiz olması hər bir azərbaycanlı üçün qürurverici olar.

Növbəti ildə Uşaq Paralimpiya Komitəsinin yaradılmasının 10 ili tamam olacaqdır. Bununla bağlı bir çox tədbir və yarışların təşkili nəzərdə tutulubdur. 2023-cü il paralimpiyaçılar üçün lisenziya qazanmaq baxımından mühüm il olacaqdır. Milli Paralimpiya Komitəsi belə əhəmiyyətli dönəmdə uşaqların diqqət və qayğı ilə əhatə olunması üçün zəruri olan bütün işləri həyata keçirəcək və yubileyin yüksək səviyyədə qeyd olunmasına çalışacaqdır.

Uşaq Paralimpiya Komitəsi paralimpiyaçıların ehtiyat heyətinin formalaşdırılmasında mühüm rola malikdir. Artıq həmin komitənin uşaqları arasında Paralimpiya çempionumuz var. Üzgüçümüz Vəli İsrafilov Tokio Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Digər üzgüçümüz Dana Şandıbina “Tokio-2020”yə lisenziya əldə edib və dördilliyin zirvə yarışında iştirak hüququna sahib olub. Stolüstü tennisçimiz Dinara Sunçeleyeva “Konya-2021” V İslam Həmrəyliyi Oyunlarında bürünc medala yiyələnib. Milli Paralimpiya Komitəsi uşaqları milli komandalara cəlb etməklə yanaşı, valideynləri psixoloji siqmadan azad edir. Belə ki, əvvəllər öz uşaqlarından utanan valideynlər indi böyük həvəs və qürurla öz övladlarına tamaşa edirlər.

Uşaq Paralimpiya Komitəsinin yaradılması, həmçinin sağlamlıq imkanları məhdud uşaqların rəqabət qabiliyyətli idman növlərinə cəlb edilməsinə yönəldilib. Dünyada ilk olan bu Komitə, bədən tərbiyəsi və idman növlərinin inklüziv olaraq inkişaf etdirilməsi, həmin uşaqların reabilitasiyası və inkişafı, cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsini hədəfləyir.

Qarşıda Milli Paralimpiya Komitəsini daha bir məsuliyyətli sınaq gözləyir. Belə ki, noyabrda ölkəmiz ilk dəfə paralimpiyaçılar arasında dünya çempionatına ev sahibliyi edəcək. Paracüdo üzrə dünya çempionatından əvvəl respublikamızda Qran-pri yarışları yüksək səviyyədə təşkil olunub. Qran-pri yarışları iştirak etmiş ölkələrin sayına görə, heç də dünya çempionatından geri qalmır. Amma dünya çempionatının özəlliyi “Paris-2024”ə hazırlığın və reytinq xallarının toplanmasının yeni mərhələsinə başlanğıcdır. Paris Olimpiadasına ilk reytinq xallarının toplanması bu il sentyabr ayının əvvəlində İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatı ilə başladı. Bakıdakı mundial isə mövsümün ikinci reytinq xalı verən yarışı olacaq. Bakıdakı yarışa 40-a yaxın dövlətin paracüdoçuları qatılacaqlar. Dünya çempionatında qitə yarışı ilə müqayisədə reytinq xalları ən az iki dəfə çox olacaq.

Dünya çempionatı öncəsi Bakıda tibbi təsnifatın təşkili də nəzərdə tutulub. Dörd ölkədən Azərbaycana mütəxəssislər gələcək ki, bu da idmançılara təsnifat sahəsində işlərini daha tez yekunlaşdırmağa imkan verəcəkdir. Tibbi təsnifat idmançılar üçün bir yük, həyəcan və stressdir. Onlar yarışdan əvvəl çox həyəcan keçirirlər, çünki yarışda iştirak məhz tibbi təsnifatın nəticəsindən asılı olur. Eyni zamanda Bakıda dünya çempionatından əvvəl cüdo üzrə “Böyük dəbilqə” turniri də təşkil olunacaq.

Onu da qeyd etmək yerinə düşər ki, məhz Milli Paralimpiya Komitəsinin təklifi ilə beynəlxalq paracüdo yarışlarında tibbi təsnifatda müəyyən dəyişiklər edilibdir. Belə ki, əvvəllər 3 pilləli təsnifat mövcud olsa da, indi bu rəqəm 2-yə endirilib. Dəyişikliyə əsasən, tam görməyən və görmə qabiliyyəti məhdud paracüdoçular bir-birindən ayrılaraq yarışlarda iştirak edəcəklər. Bunun sayəsində paracüdoda ədalətli və sağlam rəqabətin təşkil olunması təmin ediləcək. Bu da Uşaq Paralimpiya Komitəsinin yetirmələrinin daha çox sayda yarışlara qatılmasına şərait yaradır. Buna misal olaraq millimizin üzvü İsmayıl Muradovu göstərmək olar. Qeyd etmək lazımdır ki, idmançımız İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

Ötən il keçirilən Qran-pri yarışlarının təcrübəsinə əsaslanaraq dünya çempionatının Paralimpiya hərəkatı çərçivəsində təşkil edilən yarışların ən gözəli və ən məhsuldarı olacağına inanırıq. Milli Paralimpiya Komitəsi yalnız Beynəlxalq Görmə Məhdudiyyətli Şəxslərin İdman Assosiasiyası (IBSA) ilə deyil, həm beynəlxalq, həm də yerli cüdo federasiyaları ilə sıx əməkdaşlıq edir. Çempionat demək olar ki, bu qurumlarla birgə təşkil olunacaqdır.

Komitə daim paralimpiyaçıları antidopinq qaydalarına əməl etməyə və təmiz idmana sadiq olmağa çağırır. Bunun üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə sıx əməkdaşlıq mövcuddur. AMADA-nın nümayəndələri mütəmadi olaraq paralimpiyaçlarla görüşür, onlara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verirlər. Milli Paralimpiya Komitəsi, həmçinin narkotiklərlə mübarizə mövzusuna da xüsusi yer verir. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadlar haqqında məruzələr edilir, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti təbliğ olunur.

Paralimpiyaçılarımız ölkə rəhbərinin qayğısını daim hiss edirlər. Beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanan idmançılarımız və onların məşqçiləri Prezidentin sərəncamlarına əsasən orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı, məişət şəraiti yaxşılaşdırılır, onlar mənzil və minik avtomobilləri ilə mükafatlandırılır. Dövlətimizin başçısı çıxışlarında özünü paralimpiyaçıların ən yaxın dostu adlandırır, onların nailiyyətlərini fədakarlıq və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirir. Azərbaycan dövləti ölkədə əlillərin ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işlərinə də böyük önəm verir. Dövlət əlil vətəndaşların qabiliyyətini, bacarığını həmişə üzə çıxarmağa çalışır. Hətta bir çox hallarda əlil uşaqların təhsil almalarını asanlaşdırmaq üçün çoxsahəli təhsil müəssisələri, internat məktəbləri, əlillərin əmək bacarıqlarından istifadə etmələri üçün xüsusi iş yerləri yaradılır.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Paralimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Hazırda bu istiqamətdə müzakirələr aparılır, inkişaf istiqamətləri müəyyənləşdirilir. Əsas hədəf bütün Azərbaycanın Paralimpiya hərəkatı ilə əhatə etməkdir. Böyük Qayıdışın ilk cücərtiləri artıq müşahidə olunmaqdadır. Bu, həmin ərazilərə yeni nəfəs gətirəcək. Həmin torpaqlarda böyüyən uşaqlar isə gələcəkdə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəklər.

Yeni zirvələr fəth etməyi qarşısına məqsəd qoyan Milli Paralimpiya Komitəsi əlillərin idmana cəlb olunması, cəmiyyətdə layiqli mövqe tutması və onlarda özünəinam hissinin formalaşdırılması istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlə ölkəmizdə Paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verir. Milli Paralimpiya Komitəsi peşəkar idmançıların hazırlanması, onların vətənpərvər ruhda püxtələşməsi və ədalətli idman prinsiplərinə sadiqliyi ilə seçilməsini fəaliyyətinin əsas qayələri kimi bəyan edibdir. Bu ideya, bu baxış və bu çağırışlar Azərbaycanın beynəlxalq Paralimpiya hərəkatında müstəsna rol oynamasına, əldə olunan nailiyyətləri ilə idman ictimaiyyətində dərin hörmət qazanmasına və qazanılan zəngin təcrübənin digər ölkələrdə tətbiqinə rəvac verir. Qalib ölkənin paralimpiyaçıları istənilən rəqiblə qarşılaşmaya üzüağ və alnıaçıq çıxırlar. “Uğur, uğur gətirər” prinsipinə sadiq qalan Komitənin əsas amalı Parisi fəth etməkdir. Bunun üçün iradə, istək və əzmkarlıq vacibdir ki, bu sadalananlar da paralimpiyaçılarımızın fəaliyyətində ən əsas prinsipdir.

 

İlqar Rəhimov

Azərbaycan Milli Paralimpiya Komitəsinin və Azərbaycan Milli

Abilimpiya Federasiyasının prezidenti, Beynəlxalq Görmə

Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ