Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda parlament seçkiləri sabit ictimai-siyasi şəraitdə keçiriləcək

Azərbaycanda parlament seçkiləri sabit ictimai-siyasi şəraitdə keçiriləcək

Moskva, 22 oktyabr, AZƏRTAC

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) direktoru, politoloq Natalya Krasovskaya AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycanda ədalətli seçkilərin keçirilməsinin amerikapərəst qüvvələrə nə üçün maraqlı olmamasından və bu cür provokasiya metodlarının Rusiyada necə istifadə edilməsindən danışıb.

Azərbaycan Milli Məclisinə seçkilər ərəfəsində ölkə rəhbərliyi daim xarici dövlətlər tərəfindən daxili işlərə qarışmaq cəhdləri və siyasi intriqalarla qarşılaşmalı olur. Qərbin tətbiq etdiyi son “demokratik” tədbirlərdən biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərə beynəlxalq müşahidəçiləri göndərməkdən imtina etməsi olub.

RAD Mərkəzinin direktoru Natalya Krasovskaya deyib: “Rusiya xarici siyasət idarəsinin başçısı Sergey Lavrov ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təsadüfən “zəif və boş”, asanlıqla manipulyasiya olunan təşkilat adlandırmayıb. Tamamilə aydındır ki, bu struktur insan haqları anlayışından və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan təzyiq silahı kimi istifadə edən Avropa siyasətbazlarının əllərindədir”.

Əvvəlcə bu struktur tərəfindən Azərbaycanda seçkilərə 380 müşahidəçi göndərmək planlaşdırılırdı. Bunun özlüyündə absurd qərar və ya açıq provokasiya olduğunu xatırladan N.Krasovskaya əhalisinin sayının Azərbaycandan üç dəfə çox olan Özbəkistanla müqayisə aparıb. “Özbəkistanda yeni parlamentin tərkibi formalaşdırılanda cəmi 12 müşahidəçi olub. Bakının müşahidəçilərin sayı ilə bağlı tamamilə təbii sualına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiya göndərməkdən nümayişkaranə imtina etdi. Aydın məsələdir ki, bu tamaşa Milli Məclisə seçkiləri onun keçirilməsindən xeyli əvvəl qeyri-legitim elan etməyə bəhanə kimi oynanılıb”, - deyə N.Krasovskaya vurğulayıb.

RAD Mərkəzinin Direktoru N.Krasovskayanın fikrincə, bu Azərbaycana heç də ilk təzyiq cəhdi deyil. O hesab edir ki, “jurnalist Rasim Əliyevin şəxsi ədavət zəminində qətlə yetirilməsini siyasi şouya çevirdilər və bir aydan çox mətbuatda çeynədilər. Ölkəyə çirkab yaxmaq kimə sərfəlidir? Bu gün Azərbaycan güclü və uğurlu dövlətdir. O, geosiyasi proseslərdə müstəqil iştirak etmək niyyətini həyata keçirir, zorla qəbul etdirilən inkişaf ssenarisini nəzərə almayaraq qarşıda duran məsələləri planlı şəkildə öz mənafelərindən çıxış edərək həll edir”. Natalya Krasovskaya güman edir ki, Qərb siyasətçilərini xaricdən edilən təkidli məsləhətlərə baxmayaraq son vaxtlar Azərbaycanın Rusiya ilə yaxınlaşma kursu, habelə ölkənin Avrasiya inteqrasiyalı formatlarda iştirakı qorxudur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində respublikanın dialoq üzrə tərəfdaş statusu alması onları sevindirmir.

N.Krasovskaya güman edir ki, “vətəndaşların indiki iqtidarı dəstəkləmələri səbəbindən ölkədə real müxalifət olmayanda onu süni yolla yaratmağı arzulayanlar dərhal tapılacaq”.

Narazı tərəfi “kukla” kimi oynadanlar metod seçimində utanmırlar, lakin yeni bir şey də fikirləşib tapa bilmirlər. Avropa təsisatları təzyiq üçün yenə də çeynənmiş “demokratiyanın və insan hüquqlarının tapdalanması” mövzusundan istifadə edirlər. Ekspert bildirir ki, təzyiqin konspirasiyası haqqında artıq çoxdandır fikirləşmirlər. Məsələn, Britaniya səfiri açıq-aşkar pərakəndə müxalifət qruplarını birləşdirmək və onlara məsləhət verməklə məşğuldur.

Lakin əsas təzyiq silahı əvvəlki kimi informasiya məkanıdır.

Qərb KİV-ləri sadə avropalılar üçün inadkarlıqla Azərbaycanın mənfi obrazını yaradırlar. Guya burada hər addımda insan hüquqları pozulur. RAD Mərkəzinin direktoru əmindir ki, Prezident İlham Əliyev açıqlıq siyasəti elan edərək belə qara təbliğata qarşı mübarizədə müdrik addım atdı. Qərbin Azərbaycan barədə yaratmağa cəhd etdiyi imicin dünya ictimaiyyətinə yanlış olduğunu nümayiş etdirməyin ən yaxşı yolu insanlara ölkədə hazırkı vəziyyətin necə olmasını bilmək üçün imkan yaratmaqdır. Dövlət “Eurovision” mahnı müsabiqəsi və ilk Avropa Oyunları kimi qlobal tədbirləri ən yüksək səviyyədə keçirir - bu, respublikanın iqtisadi inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan turizmi fəal inkişaf etdirir, əcnəbiləri qonaq çağırır. Nəyisə gizlətməyə çalışan ölkə sadə vətəndaşlarla ünsiyyət imkanını bu qədər artırardımı? Bu yaxınlarda Amerikanın “Arthur J. Finkelstein & Associates” PR şirkəti Azərbaycanda əhali arasında sorğu aparıb. Nəticələr göstərib ki, Xəzəryanı dövlətin vətəndaşları indiki iqtidarı dəstəkləyirlər. Respondentlərin 77,1 faizi hesab edir ki, ölkə düzgün istiqamətdə irəliləyir, 81,7 faizi əmindir ki, Azərbaycan sabitlik olan ərazidir, 74,4 faiz seçkilərdə hakim Yeni Azərbaycan Partiyasına səs vermək niyyətindədir. Sorğu edilənlərin 82,1 faizi Prezidentin işini “yaxşı” və “əla” qiymətləndirib. Bu rəqəmlərin qarşısında Qərb siyasətçilərinin Azərbaycanın ünvanına hər hansı ittihamı olduqca süni görünür.

Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət həyata keçirir, Şərqlə də, Qərblə də açıq münasibətlərə hazırdır. Nataliya Krasovskaya izah edir ki, SSRİ dağılandan sonra Birləşmiş Ştatlar özünü planetdə demokratiyanın əsas hamisi elan edib, dünyada qüvvələr nisbətindəki dəyişiklikləri qəbul etmək istəmir. Avropa müstəqil qüvvədən daha çox Amerikanın maraqlarına xidmət göstərən vasitəyə çevrilib. Lakin geosiyasi vəziyyət kökündən dəyişib, ABŞ isə inad edərək bununla barışmır.

N.Krasovskaya deyib: “İlham Əliyev mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın özünü təmin etməsi göstəricisini ən yüksək səviyyəyə qaldırdı. Respublika milli mənafeyinə son dərəcə uyğun olan xarici siyasət kursu ilə irəliləyir. Bu isə ABŞ-ı qıcıqlandırır. İstənilən siyasət iqtisadiyyatın davamıdır. Dinamik inkişaf edən müstəqil və özünütəmin edən, zəngin karbohidrogen ehtiyatlarına malik, qitənin ticarət yollarında yerləşən Azərbaycan Qərbi qane etmir”.

Ekspert qeyd edir ki, Amerikanı sözəbaxan, neft və qazın satın alınmasında maksimum preferensiyalar təqdim etməyə hazır olan əlavə resurs mənbəyi rolunu oynayan ölkə daha çox qane edərdi. Buna görə də Qərb siyasətçiləri öz təsir agentlərini Azərbaycanın qanunverici orqanına yeritməyə çalışırlar. Odur ki, xarici “kukla” oynadanlar hər hansı müxalifət, necə olur-olsun Qərb ağalarının xərclərinin əvəzini çıxmaq üçün heç olmasa seçkiləri boykot etməyə çağırmaq və heç nədən ajiotaj yaratmaq iqtidarında olan müxalifət “təşkil etmək” üçün pula qənaət etmirlər.

RAD Mərkəzinin direktoru deyib: “Azərbaycanın Qərblə siyasi qarşıdurmasının bu gün keçdiyi bütün mərhələlərini Rusiya artıq bir neçə il əvvəl yaşayıb. Qərbin siyasi texnoloqları ssenarilərini yeniləməyə xüsusi cəhd göstərmirlər. Rusiyada iqtisadi cinayətə görə cəza çəkmiş Mixail Xodorkovskini “rejimin qurbanı” kimi qələmə verməyə çalışdılar. Biz xaricdən maliyyələşdirilən və ölkədə siyasi proseslərin inkişafına təsir etməyə çalışan qeyri-hökumət təşkilatlarının kütləvi şəkildə meydana çıxması ilə qarşılaşdıq. İstənilən halda bütün bunlara qarşı müqavimət göstərmək dövlətin daxili və xarici siyasət məsələlərində möhkəm mövqeyi hesabına oldu”.

Rusiya Azərbaycanın müstəqil siyasi və iqtisadi kursunu dəstəkləyir, bunu Bakıda ilk Avropa Oyunlarının açılış mərasiminə gəlmiş Vladimir Putin aydın nümayiş etdirdi. Rusiya əmindir ki, Azərbaycan siyasiləşdirilməmiş, ədalətli seçkilər keçirəcək. Noyabrın 1-də 11 beynəlxalq təşkilatdan 138 müşahidəçinin arasında Rusiya Federasiyası Dövlət Dumasının Azərbaycana göndərdiyi Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də olacaq.

Rusiya nümayəndələri Milli Məclisə seçkilərə qərəzsiz qiymət verə biləcəklər.

Odlar Yurdunda prosedurun legitimliyinin əsas arqumenti isə əvvəlki kimi açıqlıq qalır.

N.Krasovskaya deyib: “Əminəm ki, 22 min yerli müşahidəçi və seçki məntəqələrində mindən çox veb-kamera respublikada parlament seçkilərinin, Azərbaycan hakimiyyətinin rəsmən elan etdiyi kimi, sabit ictimai-siyasi şəraitdə, bütün hüquq normalarına riayət olunması şəraitində keçməsinə zəmanət verir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb