Azərbaycanda “Qlobal sahibkarlıq həftəsi” qeyd olunacaq
Bakı, 16 noyabr, AZƏRTAC
Dünyada hər il noyabr ayının üçüncü həftəsi “Qlobal sahibkarlıq həftəsi” kimi qeyd olunur. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bu münasibətlə silsilə tədbirlər keçirəcək.
ASK-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 17-də “Biznes Assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda onlayn forum təşkil olunacaq. Həmin gün region nümayəndələri ilə “Regionlarda sosial iqtisadi inkişafın yeni dövrü” mövzusunda onlayn formatda dəyirmi masa da keçiriləcək.
Bundan başqa qadın sahibkarlar üçün noyabrın 19-da “Böhranın yaratdığı fürsətlərin dəyərləndirilməsi” mövzusunda onlayn dəyirmi masa təşkil ediləcək.
“Nə? Harada? Nə zaman?” intellektual yarışması isə noyabrın 20-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]