Azərbaycanın altı paracüdoçusu Qran-Pri turnirinin yarımfinalına yüksəlib
Bakı, 25 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə 10 cüdoçumuz mübarizəyə qoşulub. Onlardan altısı - Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Ramil Qasımov (73 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Şahanə Hacıyeva (48 kq) yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda V.Şirinli rumıniyalı Florin Bloqa, N.Abbaslı ukraynalı Davud Xorava, R.Qasımov portuqaliyalı Cibrilo Yafa, S.Vəliyeva türkiyəli Zeynel Çelik ilə qarşılaşacaqlar. Ş.Hacıyev və B.Səfərova yarımfinalda məğlub olduqları üçün bürünc medal uğrunda görüşdə mübarizə aparacaqlar.
Qeyd edək ki, kişilərin yarışında Azərbaycanı 7 çəki dərəcəsində 9 idmançı təmsil edir. Qadınların yarışında isə 6 çəki dərəcəsində 9 idmançımız mübarizə aparır. Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]