AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN LİTVA RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ
Azərbaycanın və Litvanın dövlət bayraqları ilə bəzədilmiş Vilnüs Beynəlxalq hava limanında Artur Rasizadəni və ölkəmizin hökumət nümayəndə heyətini Litvanın kommunikasiyalar naziri Ziqmantas Balçitis, Litvanın Azərbaycandakı səfiri Qalina Kobeskayte və digər rəsmi şəxslər qarşıladılar.
Elə həmin gün Litvanın Prezident sarayında dövlət başçısı Rolandas Paksas Azərbaycanın Baş nazirini qəbul etdi. Görüşdə, qarşılıqlı maraq doğuran bir çox məsələlər, ilk növbədə, ticarət-iqtisadi məsələlər müzakirə olundu.
Axşam Vilnüsün Milli icmalar evində hökumətimizin başçısının Azərbaycan icmasının nümayəndələri ilə səmimi görüşü keçirildi. İcmanın sədri Mahir Həmzəyev Baş nazir A.Rasizadəyə Litvadakı soydaşlarımızın həyatı və fəaliyyəti barədə məlumat verdi. Baş nazir diasporun nümayəndələrinə xatirə hədiyyəsi təqdim etdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]