AZƏRBAYCANIN BAŞ NAZİRİ MDB HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASINDA İŞTİRAK ETMƏK ÜÇÜN DÜŞƏNBƏYƏ GƏLMİŞDİR
Düşənbənin hava limanında Artur Rasizadəni Tacikistanın maliyyə naziri Səfərəli Nəcmuddinov və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün Baş nazir Artur Rasizadə Gürcüstan tərəfinin xahişi ilə bu ölkənin Baş nazirinin müavini Georgi Baramidze ilə görüşmüşdür.
Görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin başa çatdırılması, regionda sülhün və sabitliyin təmin olunması, Azərbaycan və Gürcüstandakı münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]