Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Avropa çempionatının final mərhələsinə təyinat alıb
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, iyulun 16-da start götürəcək yarışda niderlandlı, çexiyalı, türk, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli ədalət təmsilçiləri də yer alacaqlar.
Qeyd edək ki, Çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarış iyulun 24-dək davam edəcək. Avropa çempionatında Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya yığmaları mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]