Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür
Bakı, 4 may (AZƏRTAC). Mayın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Müasir İncəsənət Muzeyində tanınmış fransız kinoaktrisası Katrin Denev ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Katrin Denevi salamlayaraq dünya şöhrətli kinoaktrisanı ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi. Katrin Denevin Azərbaycana ilk dəfə səfər etdiyini, məşhur aktrisanın artıq Bakının bir sıra görməli yerləri və tarixi abidələri ilə tanış olduğunu deyən Mehriban xanım Əliyeva səfərin uğurlu keçəcəyinə əminliyini ifadə etdi.
Mehriban xanım Əliyeva ölkəmizin zəngin mədəniyyətə malik olduğunu, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsində bir sıra mühüm layihələr reallaşdırdığını diqqətə çatdırdı.
Görüşdə Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
X X X
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransada nəşr olunan nüfuzlu “L’Officiel” jurnalının rus versiyasının baş redaktoru Evelina Xromçenko ilə görüşdü.
Tanınmış jurnalist Evelina Xromçenko Mehriban xanım Əliyeva ilə xatirə şəkli çəkdirdi.
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [18:46]
Şahin Növrəsli “Tbilisi Rhythm Festival-2026”da çıxış edib
- 12.05.2026 [18:38]
Gürcüstanda ilk dəfə “Ozan saz” müsabiqəsi təşkil ediləcək
- 12.05.2026 [18:33]
Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub
- 12.05.2026 [17:59]
Heydər Əliyev təqaüdçülərinin ilk birgə konserti
- 12.05.2026 [14:49]
Sumqayıt Teatrında yeni uşaq tamaşası hazırlanır
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]



