Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın dərki Ermənistanın siyasi böhrandan yeganə çıxış yoludur

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın dərki Ermənistanın siyasi böhrandan yeganə çıxış yoludur

Bakı 22 may, Rauf Hacıyev, AZƏRTAC

Ötən il sentyabrın 27-də başlamış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq formalaşıb. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, Ermənistanın 30 illik işğalına son qoyub, müharibə yolu ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu müharibədə Azərbaycan xalqımıza qarşı 1992-ci il fevralın 26-da Xocalı kimi dəhşətli soyqırımını həyata keçirmiş Ermənistan ordusunu və bəşəriyyət üçün ən təhlükəli meyillərdən olan erməni faşizmini məhv edib. Hələ İkinci Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev postkonflikt dövründə Cənubi Qafqazın siyasi arxitekturasını şərh edərkən gələcəkdə bütün istiqamətlər üzrə inteqrasiya və inkişafın, xüsusən də uzunmüddətli sülh və təhlükəsizliyin yaradılmasının vacibliyini bildirib. Bunun üçün Azərbaycan təkliflərlə çıxış edib və bu təkliflər Ermənistanın kapitulyasiyası hesab olunan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda əks olunub. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyev bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzun müddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Bunun üçün Azərbaycan 3+3 formatını təklif edib və ölkəmizin bu təşəbbüsü Ermənistan istisna olmaqla, regionun digər dövlətləri (Gürcüstan, Rusiya, Türkiyə, İran) tərəfindən dəstəklənib. Bu gün müharibədən altı ay keçməsinə baxmayaraq, Ermənistan hələ də Cənubi Qafqazda Azərbaycanın üstünlüyü ilə yaranmış geosiyasi reallığı qəbul edə bilmir. Hazırda demək olar ki, azərbaycanofobiya, türkofobiya və revanşizm məzmunlu ritorika Ermənistanda iqtidarla müxalifəti birləşdirən yeganə amildir.

Son altı ayda Ermənistan həm də dərin siyasi böhran içindədir. İqtisadiyyatın və ordunun məhvi, erməni lobbisindən asılılıq, iqtidarla müxalifət arasında siyasətdən kənar kəskin mübarizə, siyasi möhtəkirlərin bir-birinə qarşı çirkin kampaniyası, siyasi reallıqların xalqdan gizlədilməsi, cəmiyyətin aldadılması, ən əsası isə dövlət və xalq maraqlarını düşünən vahid liderin olmaması siyasi böhran içərisində çabalayan hazırkı Ermənistanı səciyyələndirən əsas mənzərədir. Bu, həm də son otuz ildə Ermənistana rəhbərlik etmiş hərbi-siyasi xunta rejimi rəhbərlərinin və oxlokratik qüvvələrin favoriti kimi “əsl demokrat” adı ilə hakimiyyətə yiyələnmiş, siyasi cəhətdən qeyri-yetkin, qeyri-adekvat və irrasional birinin bütöv bir cəmiyyətə bəxş etdiyi fəlakətin mənzərəsidir. Müstəqillik dövründə (əslində, bu müstəqillik də formal xarakter daşıyır) Ermənistan rəhbərlərinin heç birinin tarixi və siyasi reallıqları təhlil edərək düzgün nəticə çıxara bilməməsinin nəticəsidir ki, hazırda ölkə müstəqil elan edildiyi 1991-ci ildəki vəziyyətində, cəmiyyət isə aqoniya içərisindədir. İndi beynəlxalq ictimaiyyətə aydındır ki, 30 illik anneksiya siyasəti ilə bölgədəki bütün regional və beynəlxalq layihələrdən təcrid edilmiş Ermənistan bu gün özünü dünyanın ən yoxsul ölkələrindən birinə çevirib.

İndi seçkilər ərəfəsində olan Ermənistanda siyasi populistlərin və diletantların ən çox istifadə etdiyi ritorika revanşizmdir. Əslində, bu cür irrasional fikirlərin səsləndirilməsi müstəqil siyasət yürüdə bilməyən Ermənistanın bir dövlət kimi varlığı üçün ciddi təhlükədir. Revanşizmin hətta səsləndirilməsinin belə Ermənistan üçün nə qədər fəlakətli ola biləcəyini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli çoxsaylı görüşlərində bu ölkəni bölgədə yaranmış geosiyasi reallıqları qəbul etməyə, regional inkişafa töhfə verməyə dəvət edib və bu vəziyyəti Ermənistan Respublikası üçün itirilmiş 30 ildən sonra son şans kimi dəyərləndirib. Hazırda Ermənistan-Azərbaycan münaqişəsi bitib. Bununla belə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupuna üzv dövlətlər, xüsusən də ABŞ, eyni zamanda, Rusiya, Türkiyə, Avropa İttifaqı Cənubi Qafqazın bu iki dövləti arasında münasibətlərin normallaşması, icmalara iki xalqın yanaşı yaşamalı olduğunu izah etmək istiqamətində səy göstərə bilərlər. Bu cür yanaşma uzun illər guya iki xalqın yaxınlaşmasına səy göstərən, daha çox qarşılıqlı güzəştlərdən danışan, münaqişənin nizamlanması istiqamətində isə səmərəsiz fəaliyyəti ilə yaddaşlarda qalan ATƏT-in Minsk qrupunun, postkonflikt dövründə də mövcudluğunu saxlamağa çalışan, lakin bundan sonrakı fəaliyyətlərinin nədən ibarət olacağını deməkdə çətinlik çəkən bir qurumun fəaliyyətində mühüm istiqamət ola bilər. Əslində, Ermənistandakı bugünkü mənzərə xalqların sülhə və yanaşı yaşamağa hazırlanması istiqamətində Azərbaycanın qarşılaşdığı ciddi problemlərdən biridir. Çünki uzun illər Ermənistan cəmiyyətində uydurma və saxta tarixə əsaslanan milli ideologiya dövlət səviyyəsində təbliğ edilib. Bu ideologiyanın əsasını milli kimliyin üstünlüyü, faşizm ideyaları, türkofobiya və azərbaycanofobiya təşkil edib. Uzun illər erməni cəmiyyətində azərbaycanlılara qarşı nifrət təbliğ olunub. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu cür saxta ideoloji təbliğatın nəticəsidir ki, indi erməni cəmiyyəti yeni reallığa uyğunlaşa bilmir və bu həmin cəmiyyət üçün ciddi psixoloji dramdır.

Son 30 ildə Cənubi Qafqazın bu iki dövləti arasında nəyin baş verməsindən asılı olmayaraq, Azərbaycan regionun və xalqların inkişafı naminə gələcəyə baxmağı təklif edir. Bununla bağlı olaraq Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işləməyə, sərhədlərin delimitasiya və demarkasiyasına ehtiyac var. Əlbəttə, bütün bu işlər birgə səylər tələb edir və bunlar birtərəfli qaydada həyata keçirilə bilməz.

Bunun üçün İkinci Qarabağ müharibəsi dayandıqdan sonra Azərbaycan tərəfi birgə səylərə hazır olduğunu və etimad mühitinin yaradılması üçün Ermənistan tərəfə humanitar məsələlərlə bağlı bir neçə dəfə mühüm jest edib. Əvvəlcə, Azərbaycan tərəfi müharibə zamanı saxlanılanların hamısını, o cümlədən Ermənistan qoşunları qaçıb gedərkən tərk edilən mülki şəxsləri dərhal azad edib. Bununla yanaşı, Azərbaycan çox sayda yaşlı erməninin qayğısına qalıb. Belə ki, onları xəstəxanaya yerləşdirib, sonra Qırmızı Xaç Komitəsinə təhvil verərək sağ-salamat geri qayıtmalarını təmin edib. Təəssüflər olsun ki, Ermənistan Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edəndə bunun eynisini etməmişdir.

İkinci Qarabağ müharibəsində Azərbaycan meşələrdə, dağlarda Ermənistan ordusuna məxsus hərbçilərin cəsədlərinin axtarışını təşkil edib. Azərbaycan tərəfi axtarışlar nəticəsində tapılmış təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytarıb. Lakin Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir. Onların əksəriyyəti ağır işgəncələrdən sonra qətlə yetirilib. Təəssüflər olsun ki, onların cəsədləri Azərbaycan tərəfinə qaytarılmayıb.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfindən 100-dən çox hərbçi, yaxud mülki şəxs minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan bu gün də müharibə cinayətlərini davam etdirərək Azərbaycana minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Azərbaycanda olan məlumatlara əsasən, Ermənistanda ən azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsini bir sıra ölkələrin köməyi və daxili resursları hesabına həyata keçirir. Lakin ərazilərin minalardan təmizlənməsi çox çətin, bahalı və vaxt aparan prosesdir. Ermənistan bu cür hərəkəti ilə Qarabağın reinteqrasiyasının qarşısını almağa çalışır.

Hazırda Azərbaycan Ermənistan vətəndaşlarına işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə verib.

Xoş məramın daha bir göstəricisi olaraq Rusiya tərəfdə təmir işləri getdiyinə görə Azərbaycan “Qazprom” şirkətinə bizim ərazimizdən Ermənistana təbii qaz nəql etməyə icazə verib.

Bu yaxınlarda Azərbaycan 14 erməni hərbçini könüllü şəkildə azad edib. Bununla bağlı olaraq Ermənistan hər kəsə - rusiyalı sülhməramlılara, ABŞ administrasiyasına təşəkkür etsə də, həmin şəxsləri azad edənlərə minnətdarlığını bildirməyib.

Müharibədən sonra Azərbaycan tərəfinin çoxsaylı jestlərinə baxmayaraq, heç bir xoş məram Ermənistan tərəfindən dəstəklənməyib. Bu onu göstərir ki, Ermənistan tərəfi normal davranışa hazır deyil. Bugünkü Ermənistan Qafqazın əsl mənada siyasi nekrozudur. Nə Ermənistanın hazırkı vəziyyəti, nə də bu ölkənin siyasətçilərinin iltihabi ritorikası bundan sonra daha 30 il davam edə bilməz. Ya Ermənistan ağır bir katarsisdən keçərək regiondakı inteqrasiya proseslərinə qoşulmalı, ya da bir dövlət kimi öz varlığını məhv etməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon Avropadakı ABŞ döyüş briqadalarının sayını azaldıb

Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb

ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” ilə bağlı fövqəladə vəziyyət elan edib

Alimlər diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlayıblar

ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında 10 dəniz minası aşkarlayıb

Avropada uşaqların itməsi hallarının 90-dan çoxu internetdə pis yola təhriklə əlaqələndirilir

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Eldəniz Babayev: İncəsənət Azərbaycan və Türkiyənin birliyini möhkəmləndirən körpüdür

“Ebola” virusuna yoluxmuş ABŞ vətəndaşı Berlindəki “Charite” klinikasında müalicə olunacaq

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

BMT AİK rəsmisi: Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” layihələri digər ölkələr üçün nümunə ola bilər

ÜHST: “EuFMD” Komissiyasına üzvlüklə bağlı xatirə tablosu Azərbaycan nümayəndəsinə təqdim olunub

“Mançester Siti” xal itirib, “Arsenal” 22 il sonra İngiltərə çempionu olub

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb

Jordi Llopart: BMT qurumlarının parçalanmış deyil, vahid yanaşma ilə fəaliyyət göstərməsi vacibdir

Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb

“Qarabağ”ın prezidenti: Biz səs-küylü addımlara deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük veririk

Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər

Belçikada Azərbaycan cazına həsr edilmiş konsert olub

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Çin nümayəndəsi: WUF13 şəhərsalma sahəsində təcrübə və innovasiyaların paylaşılması üçün imkan yaradır

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB

Fransada müştəri öhdəliklərini pozan bank 20 milyon avro cərimələnib

WUF13: “Azərbaycan enerjisisteminin rəqəmsal idarəetmə arxitekturası” - rəqəmsallaşma prosesləri elektronlaşdırılır

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

Tacikistan və Qazaxıstan tranzit daşımalarının sadələşdirilməsi barədə razılığa gəlib

Serbiyalı mütəxəssis: Dünyanın bütün dövlətlərində mənzili olmayan minlərlə ailələr var

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

Şərqlə Qərbin mədəni dəyərlərini birləşdirən mərkəz VİDEO

WUF13-də Çinin Ümumdünya Şəhərlər və Ümumdünya Təmizlik günlərinin qlobal tədbirlərinə ev sahibliyi edəcək şəhərlərinin təqdimatı olub

Aysel Yaqubova: Şəhərlər enerjinin əsas istehlakçıları və emissiyalara əhəmiyyətli töhfə verənlərdir

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Kanadalı layihə rəhbəri: WUF13 müxtəlif ölkələrin təcrübəsini öyrənmək baxımından əhəmiyyətli platformadır

Antalyada Azərbaycan incəsənət nümunələri ictimaiyyətə təqdim edilib

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib

Tanzaniya nümayəndəsi: Azərbaycanda mənzil və infrastruktur sahəsində çox böyük inkişafın şahidi olduq

Rüstəm Qasımov: Dayanıqlı şəhərin inkişafı etibarlı enerji mənbələri olmadan mümkün deyil

® “Azercell” “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi

Anaklaudia Rossbax: UN-Habitat şəhərlərin rəqəmsal transformasiyası üzrə fəaliyyətini genişləndirir

BMT-nin bölmə rəhbəri: WUF13-ün iştirakçıları Azərbaycanın təcrübəsindən öyrənə bilərlər

Kaori İşikava: Qayğı iqtisadiyyatı qadınların iqtisadi və sosial səlahiyyətlərinin artırılmasında vacib rol oynayır

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB VİDEO

Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları WUF13 “Urban Expo”da konsert proqramı ilə çıxış ediblər

WUF13-ün iştirakçısı: Bakıda görülən işlər yüksək səviyyədədir

Hicran Hüseynova: Uşaqlar üçün təhlükəsiz şəhər mühitinin yaradılması bizim gələcək qarşısında borcumuzdur

Qazaxıstanlı deputat: Astana və Bakı Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa arasında əlaqələndirici həlqə rolunu formalaşdırır

Bu saata olan əsas xəbərlər

ABŞ Prezidenti: Kubanın narahatlığını həll etmək üçün rejim dəyişikliyinə ehtiyac olmaya bilər

BTİ-nin rəsmisi: Əsas texnologiyalara etimad düzgün hazırlanmış strategiyalar vasitəsilə formalaşır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb

Balakəndə keçirilən konfransda Qarabağdakı “Ağıllı şəhər” konsepsiyasından və WUF13-ün əhəmiyyətindən danışılıb

Tramp: Çin Sədri İrana silah göndərməyəcəyinə söz verib

UN-Habitat-ın regional direktoru: Şəhərsalma prosesində iqlimə dayanıqlı şəhərlər qurmaq önəmlidir

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Azərbaycan-Türkmənistan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Qırğızıstanın tikinti nazirinin müavini: Şəhərlərin tikintisində yeni texnologiyaların istifadəsi zamanın tələbidir

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Qvineya-Bisau təmsilçisi: WUF13 innovativ həlləri tapmaq üçün ideal platformadır VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: Azərbaycanın şəhərsalma təcrübəsini tətbiq etmək istəyirik VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Pakistan nümayəndəsi: WUF13 şəhərsalma üzrə beynəlxalq əməkdaşlığı gücləndirir VİDEO

Slovakiya ilə sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycan və Belarus arasında tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi diqqətdədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində 2025-ci il üzrə hesabat dinlənilib

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və süni intellektlə bağlı yol xəritəsi hazırlayacaq

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

WUF13: Meksika pavilyonunda uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb - FOTOLAR

Cəmilə Əsgərova: İnklüziv tədbirlər böyük əhəmiyyət kəsb edir

Erfan Ali: WUF13 bizə bildiklərimizi paylaşmağa fürsət yaradır

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir VİDEO

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək

Türkologiyanın yüzillik yolu: Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar - konfrans

Nikolas Boffi: Özəl sektorun tərəfdaş kimi qəbul edilməsi WUF13-ün ana xəttini təşkil edir

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

ABŞ vətəndaşları Ebola virusu ilə əlaqədar bir sıra ölkələrə səfər etməməyə çağırılıb

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

Braziliyalı iştirakçı: WUF13 innovativ həllərin genişləndirilməsi üçün çox unikal bir fürsətdir VİDEO

UN-Habitat-ın bölmə rəhbəri: 3,4 milyard insan adekvat məskunlaşma imkanlarından məhrumdur

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Nazir müavini: Bakı Davamlılıq Koalisiyası şəhərsalma və iqlim fəaliyyətlərini bir araya gətirməyə xidmət edir

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır

Anaklaudia Rossbax: Milyonlarla insan qeyri-təhlükəsiz şəraitdə yaşayır

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq

Avropa fatehlərinin çempionluq təəssüratları: Qələbəni ölkəmizə həsr edirəm

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib VİDEO

Toxumluq sahələrin aprobasiyasına başlanılıb

Dayanıqlı və Sağlam Şəhərlər üçün Sektorarası Fəaliyyət Yolları üzrə Bəyanata qoşulanların sayı açıqlanıb

Qarabağ Universitetində Xalq artisti Fəxrəddin Manafovla görüş

Nigeriyalı mütəxəssis: İqlim dəyişikliyi, sıxlıq və mənzil çatışmazlığı şəhərlərin dayanıqlı inkişafına mane olur

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır

Rəsul Rza mükafatı laureatlara təqdim olunub

WUF13-də BMT-nin Məskunlaşma Proqramının “World Cities Report 2026” hesabatı təqdim olunub

WUF13-də qeyri-rəsmi anlar - FOTOREPORTAJ