Kubanıçbek Ömüralıyev: Gələcəyimizi düzgün qurmaq üçün dayanıqlı şəhərlərə fokuslanmalıyıq
Bakı, 19 may, AZƏRTAC
Gələcəyimizi düzgün qurmaq üçün müasir dayanıqlı şəhərlər yaratmağa fokuslanmalıyıq.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.
O bildirib ki, dayanıqlı şəhərsalma tam mərkəzdən başlamalıdır.
“Bu, gələcəkdə baş verən hər hansı bir çətinliklərə, sürətlənən urbanizasiyaya qarşı keyfiyyətli şəkildə irəliləyiş qət etməyə kömək edir. Bizim imzaladığımız müəyyən müqavilələr var ki, onlar BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən dəstəklənir. Eyni zamanda, bu bizə tam inklüziv şəhərlər qurmağa kömək edir”, - deyə Kubanıçbek Ömüralıyev qeyd edib.