Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır
Bakı, 19 may, AZƏRTAC
Azərbaycanda şəhərsalma istiqamətində ciddi dəyişikliklər olub.
AZƏRTAC xəbər verir ki, bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.
“Ətraf mühit məsuliyyətini daşımaq hər kəsin işidir və bunu insanlar birgə edəcək. Mənzil əlçatanlığı ən mühüm mövzulardan biridir. Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır. Son zamanlar bir çox ailələr şəhərsalma layihələrindən yararlanaraq mənzillərə sahib ola bilirlər. Xüsusilə Qarabağda bu keçərlidir. Tarixi əhəmiyyət daşıyan binalar və mərkəzlər yenidən qurulub insanlara geri verilir”, - deyə o qeyd edib.