AZƏRBAYCANIN CÜDO ÜZRƏ PARALİMPİYA YIĞMA KOMANDASI AVROPA ÇEMPİONUDUR
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycanın görmə qabiliyyəti zəif olan idmançılardan ibarət cüdo üzrə paralimpiya yığma komandası Macarıstanın Debretsen şəhərində başa çatan Avropa çempionatının qalibi olmuşdur. İdmançılarımız yarışın sonuncu günü Rusiya yığmasını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Qızıl medalın sahibləri Ramin İbrahimov (60 kq), Rövşən Səfərov (81 kq), Kərim Sərdarov (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) olmuşdur. Tofiq Məmmədov (90 kq) gümüş medala, Natiq Novruzzadə (73 kq) bürünc medala layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]