AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ MƏSƏLƏSİNDƏ UKRAYNANIN MÖVQEYİ DƏYİŞMƏZDİR
AZƏRTAC xəbər verir ki, Yuşşenko bunu mayın 23-də Kiyevdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra Dağlıq Qarabağla bağlı Azərbaycan jurnalistlərinin sualına cavab verərkən demişdir.
Ukrayna rəhbəri demişdir: “Biz onu əsas tuturuq ki, hər bir belə münaqişə fərdi plan tələb edir. Məsələn, Dağlıq Qarabağ problemini, Dnestryanı bölgə problemini, yaxud Abxaziya problemini necə həll etmək üçün vahid tövsiyə yoxdur, vahid resept yoxdur. Bunlar çox fərdiləşdirilmiş münaqişələrdir. Buna görə də onları ancaq fərdi planı əsas tutaraq nəzərdən keçirmək lazımdır”. O, Dnestryanı bölgə münaqişəsinin nizama salınması barədə vaxtilə Ukraynanın təklif etdiyi planı xatırladaraq bildirmişdir ki, bu planı Moldova parlamenti də, Dnestryanı bölgə rəhbərliyi də qəbul etmişdilər.
Yuşşenko vurğulamışdır: “Ukrayna onu əsas tutur ki, hər bir ölkənin, o cümlədən də GUAM ölkələrinin bəyan edilmiş suverenliyinin və əvvəldən müəyyən olunmuş sərhəd xətlərinin dəstəklənməsinə ehtiyacı var. Biz sərhədlərin dəyişməzliyindən, ərazilərin bütövlüyündən danışırıq. Bu, siyasətin ümdə komponentidir”. O, əlavə etmişdir ki, bu mövqe təkcə GUAM ölkələrinə deyil, ümumən, beynəlxalq siyasətə də aiddir. Ukrayna Prezidenti demişdir: “Ona görə də Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyi dəyişməzdir və mən bunu ancaq təsdiq edə bilərəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]