Azərbaycanın fiqurlu konkisürəni İstanbulu “fəth edib”
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev İstanbulda keçirilən “2022 Bosphorus İstanbul Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, atletimiz 250,52 xal toplayaraq bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Yarışda mübarizə aparan digər idmançımız Səbinə Əliyeva 105.47 xalla 21-ci pillədə yer alıb.