Azərbaycanın iki idmançısı qılıncoynatma üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb
Bakı, 23 aprel, AZƏRTAC
Antalyada oğlanlar və qızlar arasında qılıncoynatma üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə, Azərbaycan, ABŞ, Gürcüstan və Qazaxıstan komandalarının mübarizə apardıqları turnirdə Təhsil Nazirliyinin 1 nömrəli idman liseyinin idmançılarından Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) şpaqa üzrə birinci yeri tutaraq yarışın qızıl medalını qazanıblar.