Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın iqtisadi inkişafa xidmət edən vergi sistemi formalaşıb

Azərbaycanın iqtisadi inkişafa xidmət edən vergi sistemi formalaşıb

Bakı, 11 fevral, AZƏRTAC 

Azərbaycanda milli vergi sisteminin formalaşdırılması və modernləşdirilməsi zaman baxımından o qədər də uzun olmayan dövrü əhatə etsə də, bu tarixin hər bir ili islahatlarla zəngindir.

Bu islahatlarla bağlı vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev fikirlərini AZƏRTAC-a bildirib:

- Ölkəmizdə sürətli iqtisadi inkişafın təmin olunmasında və gələcək nailiyyətlərin təməlinin yaradılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vergi siyasətinin müstəsna rolu olub. Ulu öndər Nazirlər Kabinetinin 1998-ci il noyabrın 6-da keçirilmiş geniş iclasındakı vergi qanunvericiliyində mövcud olan boşluqların istər vergi ödəyicilərinin, istərsə də vergi xidməti orqanlarının fəaliyyətində çətinliklər yaratdığını, vergitutmanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyini qeyd edərək, qısa müddətdə Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə əlaqədar hökumətə tapşırıqlar vermişdi.

2000-ci ilin iyul ayında Vergi Məcəlləsinin layihəsi geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edildi və 2001-ci il yanvarın 1-dən qüvvəyə mindi. Vergi Məcəlləsi ölkəmizdə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyənləşdirdi.

Vergi sisteminin vahid normativ-hüquqi bazasını təşkil edən Vergi Məcəlləsinin tətbiqi nəticəsində vergi qanunvericiliyində olan boşluqlar, ziddiyyətlər və pərakəndəlik aradan qaldırıldı. Vergilərin sayı 14-dən 9-a endirildi, onun dərəcələri, tətbiq edilən maliyyə sanksiyalarının məbləğləri aşağı salındı və vergi ödəyicilərinin hüquqları genişləndirildi.

Azərbaycan Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərman ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin vaxtında və tam ödənilməsini təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradıldı.

Sonrakı dövrlərdə vergi inzibatçılığının modernləşdirilməsi ilə bağlı bir sıra uğurlu islahatlar həyata keçirildi. Dövlət başçısının 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)»nın reallaşdırılması nəticəsində vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin olunması, vergi dələduzluğu və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması, müasir tələblərə cavab verən kompyuter informasiya sisteminin yaradılması istiqamətlərində mühüm işlər görüldü.

Azərbaycanda bir çox ölkələrin vergi orqanlarında maraq doğuran özünəməxsus vergi sistemi formalaşdırıldı. Aparılan vergi siyasəti bir tərəfdən tətbiq olunan vergilərin və onların dərəcələrinin iqtisadiyyatda fiskal situasiyanın nəticələrinə obyektiv qiymət verilməsinə, digər tərəfdən isə vergi sisteminin səmərəli, ədalətli, asan qavranılan və istifadə üçün sadə olmasına şərait yaratdı. Tam əminliklə deyə bilərik ki, hazırda ölkəmizin sosial qanunçuluğa və ədalətə söykənən iqtisadi sisteminə adekvat olan bir vergi sistemi formalaşıb.

Bu gün Azərbaycanın vergi siyasəti institutları vergi potensialının və vergi gəlirlərinin monitorinqini, vergi siyasətinin iqtisadi, struktur və gəlir aspektlərinin qiymətləndirilməsini, vergilər toplananadək və toplandıqdan sonra xərclənməsinin təhlilini aparır, aktiv vergi siyasətinin formalaşması, vergi potensialının qiymətləndirilməsi, proqnozlaşdırılması üzrə və bunlarla məhdudlaşmayan geniş spektrdə ex-post və ex-ante təhlillər əsasında qəbul olunmuş qərarların ölkədə sahibkarlıq mühitinə təsiri nəzərə alınmaqla qanunvericilik və inzibatçılıq sahəsində lazımi tədbirlər həyata keçirirlər.

Aparılan vergi siyasəti əsasən dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsinə, ölkənin vergi sisteminin beynəlxalq vergi sisteminə inteqrasiya olunmasına və vergi sistemində insan resurslarından istifadənin səmərəliyinin artırılmasına yönəldilib.

Kənd təsərrüfatı 2001-ci il yanvarın 1-dən torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib və bu güzəşt son dəyişikliklərə əsasən 2019-cu ilə qədər uzadılıb. Bank depozitlərindən əldə olunan gəlirlər uzun müddət vergidən tam azad idi və 2015-ci il yanvarın 1-dən həmin gəlirlərin 500 manatadək olan hissəsi yenə vergidən azad olunub. Məktəbəqədər təhsil-tərbiyə müəssisələri, ödənişli təhsil isə ƏDV-dən azad edilib.

Azərbaycanın vergi sisteminin əsas inkişaf istiqamətlərindən biri olan ƏDV inzibatçılığının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Beynəlxalq qurumların tövsiyələri ƏDV-nin hesablanması və əvəzləşdirilməsi mexanizmi təkmilləşdirilib. Vergi Məcəlləsində dəyişikliklər edilməklə ƏDV məqsədləri üçün qeydiyyata alınmalı olan vergi ödəyicilərinin müəyyən edilməsində hüquqi və fiziki şəxslər arasında mövcud olan fərqli yanaşmanın aradan qaldırılmasına, ƏDV-nin hesablanması və əvəzləşdirilməsinin vahid prinsip əsasında həyata keçirilməsinə, qeydiyyatla bağlı meydana çıxan mübahisəli məsələlərin həllinə və bu sahədəki inzibatçılığının sadələşdirilməsinə nail olunub.

Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən son tədbirlərdən biri kimi içməli spirtə, pivə və spirtli içkilərin bütün növlərinə, tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri ilə bağlı dəyişiklikləri göstərmək olar.

Ötən dövr ərzində Vergi Məcəlləsində edilmiş dəyişikliklər əsasən, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin verilməsində ünvanlılığın təmin edilməsi, vergidən yayınma hallarına qarşı səmərəli vergi nəzarətinin təşkili, innovasiyalar üçün əlverişli investisiya mühitinin yaradılması, partnyorluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub.

Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq, Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan»da ölkə qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması, passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid, vergilər üzrə güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi, vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə mərhələlərlə keçidin təmin olunması, ümumi bəyannamə sisteminə keçidlə bağlı hazırlığın görülməsi kimi tədbirlər müəyyən edilib.

Qeyd etmək lazımdır ki, vergi sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlərdə dövlət, biznes və istehlakçılar arasında qarşılıqlı etibar və korporativ sosial maraqların təmin edilməsi vergi siyasətinin əsas vəzifələrindən biri olub. Bu vəzifənin yerinə yetirilməsi üçün ölkəmizin iqtisadi sisteminin xüsusiyyətləri və əhalinin mentaliteti, psixologiyası və sosial-iqtisadi-demoqrafik imkanları əsas faktorlar kimi həmişə diqqət mərkəzində saxlanılır. Səmərəli maarifləndirmə və məlumatlandırma sisteminin yaradılması məqsədi ilə vergidən yayınmanın motivlərinin aşkar olunması, vergidən yayınma riskinə meyilli və risklərə neytral olan vergi ödəyicilərinin ayrılması və vergi ödəməkdən yayınmanın institusional xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verən metodologiya hazırlanıb.

Artıq ölkədə büdcə planlaşması və vergi siyasətinin həyata keçirilməsinin kifayət qədər təkmil metodları formalaşıb. Hər maliyyə ilinin sonunda büdcə planlaşdırılması sahəsində mövcud məsələlərin həlli ilə yanaşı, dövlətin vergi siyasəti institutları tərəfindən Azərbaycan Respublikasının növbəti və yaxın üç il üçün vergi siyasətinin əsas istiqamətləri işlənib hazırlanır. Vergi siyasətinin əsas istiqamətləri normativ sənəd statusuna malik olmasa da, bu istiqamətlər ölkə iqtisadiyyatının struktur komponentinin xüsusi çəkisinin artırılması, dünyada baş verən siyasi və iqtisadi konyukturdan asılı komponentin təsirinin neytrallaşdırılması, iqtisadi agentlərdə öz gələcək biznes-planlarının tərtibi zamanı biznes mühitinin sabitliyi və müəyyənliyi ilə bağlı əlavə imkanlar yaradır.

Vergi siyasəti sahəsində qeyd olunan prioritetlər və müəyyənlik orta və uzunmüddətli dövrdə bir tərəfdən, büdcənin dayanıqlığının təmin edilməsini nəzərdə tutan büdcə gəlirlərinin əldə olunmasına, digər tərəfdən isə ölkənin xarici iqtisadi inteqrasiyada vergi rəqabətliliyini təmin edən sahibkarlıq və investisiya aktivliyinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub