AZƏRBAYCANIN KANADADAKI SƏFİRİ BU ÖLKƏNİN SENATINDA VƏ NÜMAYƏNDƏLƏR PALATASINDA GÖRÜŞLƏR KEÇİRMİŞDİR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, F.Qurbanov, bu görüşlərdə Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra fəal xarici siyasət apardığını, qlobal və regional təşkilatlarda iştirak etdiyini, siyasi istiqamətin demokratik və hüquqi cəmiyyət qurulmasına, bazar iqtisadiyyatının inkişaf etdirilməsinə yönəldiyini diqqətə çatdırmışdır. Səfir aparılan islahatlardan, xüsusilə investisiya qoyuluşu üçün potensial imkanlardan, iqtisadi layihələrdən, qeyri-neft bölməsinin inkişaf etdirilməsi və bu sahəyə sərmayələrin cəlb edilməsi üçün görülən tədbirlərdən danışmışdır.
Diplomat, həmçinin, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalını əks etdirən xəritə üzərində Dağlıq Qarabağ münaqişəsinin tarixi və başvermə səbəblərini izah etmiş, bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərindən söz açmış, münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyi barədə ətraflı məlumat vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]