AZƏRBAYCANIN KARATE ÜZRƏ GƏNCLƏRDƏN İBARƏT YIĞMA KOMANDASI DÜNYA KUBOKU YARIŞLARINDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 6 iyul (AZƏRTAC). İyulun 7-dən 11-dək Yunanıstanın Xalkidiki şəhərində WKF versiyası üzrə 18 yaşınadək gənclər arasında karate üzrə II Dünya Kuboku yarışları keçiriləcəkdir. Bu yarışmada Azərbaycanı milli federasiyanın prezidenti Yaşar Bəşirovun başçılığı ilə 12 idmançı təmsil edəcəkdir.
Karateçilərimiz Ramazan Novruzov, Elmin Ağayev, Elvin Əhmədli (hamısı 52 kq), Faridə Əbiyeva, Sura Fərəcli (hər ikisi 54 kq), Ruslan Süleymanov (55 kq), Maqomed İsmayılov (61 kq), Dəmirəl Vahabzadə (70 kq), Asiman Quliyev (76 kq) kumitedə, Musa Musayev, Elvin Eyvazov və Agabəy Mirzəyev isə güclərini katada sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]