Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın kənd təsərrüfatında yeni mərhələ - mövcud nəticələr, çağırışlar və perspektivlər ŞƏRH

Azərbaycanın kənd təsərrüfatında yeni mərhələ - mövcud nəticələr, çağırışlar və perspektivlər  ŞƏRH

Bakı, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki fikirləri təkcə bir sahənin vəziyyətinə verilən qiymət deyil, eyni zamanda, ölkənin iqtisadi inkişaf modelinin gələcək istiqamətlərini müəyyən edən strateji baxışdır. Çıxış göstərir ki, Azərbaycanda kənd təsərrüfatı artıq yalnız ənənəvi istehsal sahəsi kimi deyil, ərzaq təhlükəsizliyi, regional inkişaf, məşğulluq, sosial rifah və ixrac imkanları ilə birbaşa bağlı olan mühüm strateji istiqamət kimi qiymətləndirilir.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O xatırladıb ki, Azərbaycanın müstəqilliyinin ilk illərində regionların və kənd təsərrüfatının üzləşdiyi problemlər kifayət qədər ciddi idi. Bölgələrdə infrastruktur zəif idi, kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün vacib olan enerji, su, yol və digər xidmətlər demək olar ki, lazımi səviyyədə deyildi. Məhz bu reallıqları nəzərə alaraq Prezident İlham Əliyevin 2004-cü ildə irəli sürdüyü ilk böyük təşəbbüslərdən biri Regional İnkişaf Proqramı oldu. Sonrakı dövrlərdə bu proqramların ardıcıl şəkildə davam etdirilməsi Azərbaycanda regionların inkişaf xəritəsini tamamilə dəyişdirdi.

“Bu proqramlar nəticəsində regionlar iqtisadi baxımdan canlandı, yeni iş yerləri açıldı, kəndlərdə həyat şəraiti xeyli yaxşılaşdı. Vaxtilə qaz təchizatının, demək olar ki, olmadığı ərazilərdə bu gün qazlaşma səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi təminatında mövcud problemlər tam aradan qaldırılıb və Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib. Magistral yolların, kənd yollarının çəkilməsi, su anbarlarının inşası və suvarma sistemlərinin yenilənməsi kənd təsərrüfatının inkişafı üçün mühüm baza yaradıb. Taxtakörpü, Şəmkirçay, Göytəpə və digər iri su anbarlarının tikilməsi, kanal sistemlərinin yenidən qurulması əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla yanaşı, məhsuldarlığın artmasına da mühüm təsir göstərib. Bütün bunlar kənd təsərrüfatında istehsalın yüksəlməsi üçün əsas şərtlərdən biri olub. Dövlət dəstəyi siyasəti də bu inkişafın əsas sütunlarından birinə çevrilib. Azərbaycanda tətbiq olunan subsidiya mexanizmləri bir çox ölkələrdən fərqli olaraq daha geniş və çoxşaxəlidir. Fermerlərə yanacaq, gübrə və digər istiqamətlər üzrə güzəştlər verilir, güzəştli kreditlər ayrılır, metodik dəstək göstərilir. Bu yanaşma kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb”, - deyə deputat vurğulayıb.

Bu siyasətin nəticələrinin konkret sahələrdə daha aydın göründüyünü bildirən S.Möhbalıyev deyib: “Bir vaxtlar tənəzzülə uğramış pambıqçılıq son illər ərzində yenidən dirçəlib. Vaxtilə istehsalı 20 min tona qədər azalan pambıqçılıqda bu gün istehsal 360 min tondan çoxdur. Eyni zamanda, məhsuldarlıq da dəfələrlə artıb. Baramaçılığın və ipəkçiliyin bərpası istiqamətində görülən işlər də öz nəticəsini verib. Lakin əldə olunan uğurlarla yanaşı, Prezident İlham Əliyev çıxışında bir sıra vacib problemləri də diqqətə çatdırdı. Son illər kənd təsərrüfatı istehsalındakı dinamikanın gözlənilən səviyyədə olmaması xüsusi vurğulandı. Bu isə yeni yanaşmaların və yeni proqramların hazırlanmasını zəruri edir. Müasir dövrdə kənd təsərrüfatı artıq yalnız torpaq və əmək resursları ilə məhdudlaşmır. Dünyada baş verən müharibələr, nəqliyyat marşrutlarında yaranan problemlər, enerji böhranları və iqlim dəyişiklikləri bir çox ölkələrdə ərzaq təhlükəsizliyi məsələsini əsas prioritetlərdən birinə çevirib. Bu baxımdan, Azərbaycanın da öz daxili imkanlarını daha səmərəli şəkildə səfərbər etməsi zərurəti yaranır”.

Deputatın sözlərinə görə, müşavirədə diqqət çəkən mühüm məsələlərdən biri kəndlərə qayıdış ideyasının irəli sürülməsi oldu. Son illər dünyanın bir çox ölkələrində müşahidə olunan urbanizasiya meyilləri kəndlərdən şəhərlərə miqrasiyanı gücləndirib. Prezident İlham Əliyev fərqli yanaşma ortaya qoyaraq qeyd etdi ki, məqsəd kəndlərdən şəhərlərə axını artırmaq deyil, əksinə, şəhərlərdən kəndlərə dönüş prosesinə nail olmaqdır. Bu məqsədə çatmaq üçün kəndlə şəhər arasındakı sosial və iqtisadi fərqlər minimuma endirilməlidir. Son illərdə bölgələrdə xəstəxanaların, məktəblərin, sosial obyektlərin tikilməsi də məhz bu strategiyanın bir hissəsidir. İnsanlar öz doğma torpaqlarında yaşamaq, işləmək və inkişaf etmək üçün zəruri şəraitə malik olmalıdırlar. Yeni Dövlət Proqramı həm də özəl sektor üçün mühüm çağırış xarakteri daşıyır. Dövlətin üzərinə düşən vəzifələrlə yanaşı, sahibkarların və investorların da prosesdə fəal iştirakı vacib hesab olunur.

“Artıq Azərbaycanın kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarşıdakı dövrdə əsas məqsəd təkcə istehsal həcmini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək, ixrac imkanlarını genişləndirmək, ərzaq təhlükəsizliyini möhkəmləndirmək və kənd həyatını daha cəlbedici etməkdir. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıya qoyulan hədəflər təkcə bugünkü məsələlərin həllinə deyil, həm də gələcək onilliklərin inkişaf strategiyasına xidmət edir. Bu isə Azərbaycanın kənd təsərrüfatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”, - deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu