Azərbaycanın müdafiə naziri Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.