“AZƏRBAYCANIN NƏQLİYYAT SEKTORUNUN İNKİŞAF STRATEGİYASI” LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Nəqliyyat nazirinin müavini Musa Pənahov seminarı giriş sözü ilə açaraq son illər Azərbaycanda nəqliyyatın inkişafı, əldə olunan nailiyyətlər barədə məlumat verərək qeyd etdi ki, beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsində daşınmaların həcminin sürətlə artması gəlirlərin çoxalması ilə nəticələnmişdir. Bundan başqa, müasir yeni tankerlərin, vaqon-çənlərin alınması, avtomagistralların yenidən qurulması və digər mühüm işlər Azərbaycan ərazisindən daşınan tranzit yüklərin həcminin sürətlə artmasına imkan yaratmışdır.
Bankın nəqliyyat üzrə eksperti Rupert Dayer və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda nəqliyyat bölməsinin inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndirdilər. Qeyd olundu ki, daha böyük nailiyyətlər əldə etmək üçün bütün imkanlar təhlil edilməli, beynəlxalq təcrübə dərindən öyrənilməli və nəqliyyat sahəsindəki təşkilat və təsərrüfatlar arasında əlaqələr genişləndirilməlidir.
Bir gün davam edən seminarda ölkəmizdə nəqliyyat bölməsinin inkişafı istiqamətində mövcud imkanlar, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın perspektivləri, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə, TRASEKA-nın fəaliyyəti və digər məsələlər müzakirə olundu.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.