AZƏRBAYCANIN PAKİSTANDAKI SƏFİRLİYİNDƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR
Tədbirdə Pakistanın elm və təhsil üzrə federal naziri Attaur Rəhman, Azərbaycan-Pakistan Dostluq Cəmiyyətinin üzvləri, mərkəzi qəzet və jurnalların baş redaktorları, xarici ölkələrin səfirləri, İslamabadda yaşayan və təhsil alan soydaşlarımız, səfirliyin əməkdaşları iştirak etmişlər. Mərasimdə 2005-ci ildə səfirlik tərəfindən ingilis və urdu dillərində nəşr edilmiş kitabların – Milli Məclisin deputatları Yaqub Mahmudlunun “Azərbaycan: qısa dövlətçilik tarixi” və İsa Həbibbəylinin “Böyük Azərbaycan mütəfəkkiri Cəlil Məmmədquluzadə” kitablarının yeni nəşrlərinin təqdimatı keçirilmişdir. Səfir Eynulla Mədətli Prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanmış müraciətini tədbir iştirakçılarına çatdırmışdır.
Pakistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Xalid Mahmud ölkəmizin tarixi, mədəniyyəti barədə danışmış, dünya xalqları arasında tutduğu mövqe haqqında məlumat vermişdir. Pakistanın federal naziri Attaur Rəhman zəlzələdən zərər çəkən Pakistan xalqına Azərbaycanın göstərdiyi qardaşlıq yardımına görə hökuməti adından minnətdarlıq hisslərini respublikamızın rəhbərliyinə yetirməyi, həmçinin, bayram münasibətilə Pakistan dövləti və xalqının təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırmağı səfirimizdən xahiş etmişdir.
Təbdir boyunca milli musiqimiz səslənmişdir.