AZƏRBAYCANIN PENSİYA SİSTEMİ BU İLİN SONUNADƏK TAM TƏKMİLLƏŞDİRİLƏCƏK
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, indiyədək Bakıda 40 min, Sumqayıtda isə 10 min pensiyaçıya plastik kartlar paylanmışdır. Bundan əlavə, həmin kartlardan istifadə etmək üçün Bakı və Sumqayıtda 200 ədəd bankomat quraşdırılmışdır. Yaxın gələcəkdə onların sayının 250-yə çatdırılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, bu şəhərlərdə 230 minə yaxın pensiyaçı qeydə alınmışdır. Orta hesablamalara görə, quraşdırılmış bankomatların hər biri 1000-ə yaxın pensiyaçıya xidmət göstərəcək. Bakı və Sumqayıt şəhərlərində pensiyaçıların plastik kartlarla tam təmin edilməsinin aprelin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Kartların paylanması və onlardan istifadə pulsuzdur. Bundan əlavə, fondun yerlərdəki işçiləri, xəstə və əlil pensiyaçıların müraciətlərinə əsasən evlərə gedərək mini bankomatlarla onlara xidmət göstərəcəklər.
Pensiyaçıların maarifləndirilməsi məqsədilə, kartlardan istifadə qaydalarını əks etdirən 2 reklam çarxı hazırlanmışdır.
Azərbaycanda müasir pensiya ödənişi sisteminə tam keçid 2004-cü ilin sonunadək başa çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]