AZƏRBAYCANIN QAZAXISTANDAKI SƏFİRİ MƏNGİSTAY VİLAYƏTİNİN BAŞÇISI İLƏ GÖRÜŞMÜŞDÜR
İki Xəzərsahili şəhər - Aktau ilə Bakı arasında sıx münasibətlər yaradılması, Azərbaycan sərmayədarlarının Aktauda həyata keçirilən layihələrdə iştirakı məsələlərinə toxunulmuşdur. Görüşdə Azərbaycan iş adamlarının iştirakı ilə Məngistay vilayətində biznes forum keçirilməsi, Aktauda küçələrə “Heydər Əliyev”, “Azərbaycan” və “Bakı” adlarının verilməsi böyük Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin büstlərinin qoyulması məsələləri müzakirə olunmuşdur.
Aktaudakı Azərbaycan Mədəniyyət Mərkəzi üçün bina tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması, mərkəzdə yaşayan və işləyən azərbaycanlı iş adamlarına qayğı göstərilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.
Lətif Qəndilov Krımbek Kuşerbayevi Azərbaycana səfərə dəvət etmiş, dəvət məmnuniyyətlə qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]