Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın rəqəmsal inkişaf marşrutu

Azərbaycanın rəqəmsal inkişaf marşrutu

Bakı, 25 yanvar, AZƏRTAC

Telekommunikasiya sahəsi dünyada ən dinamik şəkildə inkişaf edən sahələrdəndir. Əhalinin internetə olan tələbatının qarşılanması və ən müasir texnologiyaların tətbiqi ilə mütərəqqi cəmiyyətlərlə aramızda olan “rəqəmsal uçurum”un aradan qaldırılması üçün ölkəmizdə son 20 ildə intensiv fəaliyyət göstərilib və müxtəlif irimiqyaslı layihələr icra olunub.

Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

İnfrastruktur həllərin tətbiqi

Rəqəmsallaşma müasir dövrümüzün sürətlə inkişaf edən, bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən prosesdir. Qabaqcıl ölkələrin təcrübəsindən çıxış edərək demək olar ki, rəqəmsallaşma prosesi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata və insanların rifahına müsbət təsir göstərir. Lakin dayanıqlı infrastruktur olmadıqda hədəfə nail olmaq qeyri-mümkündür. Dayanıqlı infrastruktur “rəqəmsal uçurum”un aradan qaldırılmasında mühüm rol oynayır. Gəlin tarixə nəzər salaq. 2018-ci ildə ilk dəfə telefoniya xidmətlərində səs zənglərini, videokonfransları, ani mesajlaşmanı və media paylanmasını dəstəkləyən SIP (Session Initiation Protocol) - Sessiyanın Başlanması Protokolu tətbiq edilib. Hazırda da infrastruktur layihələrinə paralel olaraq abunəçilərin miqrasiyası davam edir.

2006-2020-ci illərdə NGN (Next Generation Networks) yeni nəsil şəbəkə avadanlıqları istismara verilib. Bu tip avadanlıqlar istifadəçilərə müxtəlif xidmət təminatçılarına məhdudiyyətsiz giriş təklif edir. Bu, istifadəçilərə ardıcıl və hər yerdə xidmətlərin göstərilməsinə imkan verəcək ümumiləşdirilmiş mobilliyi dəstəkləyir. Eyni dövrdə DSLAM (Digital Subscriber Line Access Multiplexer) rəqəmsal abunəçi xətti ilə telekommunikasiya xidmətinin (internet xidmətinin) göstərilməsi üçün avadanlıqlar istismara verilib. Ölkəmizdə ilk dəfə 2006-cı ildə ADSL - (Asymmetric Digital Subscriber Line) internet xidmətinin verilməsi üçün rəqəmsal abunəçi xətti və VDSL - (Very high-speed Digital Subscriber Line) yüksəksürətli rəqəmsal abunəçi xətti texnologiyası tətbiq edilib. Bununla da Azərbaycanda internet istifadəçisi üçün məlumatın ötürülməsi adi analoq telefon xətti ilə (mis kabellə), abunəçi qurğusu - ADSL modemi və ATS-də (Avtomat Telefon Stansiyası) bilavasitə abunəçinin xəttində quraşdırılmış multipleksor (ing. DSL Access Multiplexer, DSLAM) vasitəsilə həyata keçirilməyə başlanılıb. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL (Digital Subscriber Line) xətlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirib.

2018-ci ildə transport (daşıyıcı transmissiya avadanlıqları) şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində DWDM (Dense Wavelength Division Multiplexing) kanalların dalğa uzunluğuna görə sıxlaşdırılması avadanlığı, sıx dalğa uzunluğunu bölmə multipleksoru texnologiyasının tətbiqinə başlanılıb. MPLS (Multi Protocol Label Switching) - etiketlərin istifadəsinə əsaslanan çox protokollu şəbəkələrdə sürətli paket keçid texnologiyasının tətbiqi həyata keçirilib. Plana müvafiq olaraq layihənin əsas hissəsi 2023-cü ildə yekunlaşıb. Hazırda tranzit dəhlizlərinin yaradılması ilə birlikdə şəbəkədə genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi həyata keçirilir.

2019-cu ildə “Aztelekom” MMC-nin kommutasiya şəbəkə sistemlərinin yenilənməsi layihəsi çərçivəsində İMS (IP Multimedia Subsystem) internet protokolu əsasında idarə olunan çoxsaylı giriş şəbəkələrində işləyən və səs trafiki mübadiləsinin idarə edilməsi funksiyasını daşıyan yeni texnologiya tətbiq edilib. Bu texnologiyanın tətbiqinin nəticəsi olaraq kommutasiya şəbəkə sistemlərinin coğrafi baxımdan tam olaraq ehtiyatlanmasi, alternativliyi təmin edilib. Prosesin tamamlanması və tam miqrasiyasının həyata keçirilməsi işləri 2025-ci ildə yekunlaşacaq.

2022-ci ildən etibarən “Aztelekom” MMC-nin magistral fiber-optik transport şəbəkəsinin alternativliyinin təmin edilməsi üçün yeni magistral kabellərin tikintisinin davam etdirilməsi üzərində intensiv işlər aparılır. Bu layihənin də 2025-ci ildə yekunlaşması nəzərdə tutulub.

Fürsətlərin doğru dəyərləndirilməsi

Azərbaycanın əlverişli coğrafi mövqeyi və insan potensialı, habelə son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar bunun üçün münbit şərait yaradır. Qəbul edilən qərarlar mühüm təbii üstünlüklərdən ən yüksək səviyyədə fayda əldə etməyə imkan verib. Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi rəqəmsal tranzit baxımından ölkəmizin rolunu daha da artırdı. 2023-cü ildən etibarən ölkəmiz Şimal-Cənub və Qərb rəqəmsal tranzit dəhlizlərinin əsas komponentinə çevrilib. “Aztelekom” MMC-nin mövcud DWDM/IP-MPLS şəbəkəsində planlaşdırılan genişləndirmələr və müvafiq proqram təminatlarının yenilənməsi, magistral fiber-optik transport şəbəkə sistemləri üzərindən beynəlxalq internet trafikinin daşınması funksiyasının istismarını nəzərdə tutan layihə 2024-cü ildə yekunlaşacaq.

Gələcəyin texnologiyası daha əlçatandır

Ölkənin ən ucqar yaşayış məntəqələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdırmaq məqsədilə 2021-ci ildən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Onlayn Azərbaycan” layihəsinin tətbiqinə başlanılıb. Layihə müddətində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON (Gigabit Passive Optical Network) avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir. Bu texnologiya internet xidmətinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, eləcə də IPTV və digər əlavə xidmətlər göstərməyə texniki imkanlar yaradır. Optik kabel texnologiyasının son trendi hesab edilən GPON texnologiyası texniki olaraq, 1 Gbit/s-dək sürətli internetin təmin edilməsi üçün imkan yaradır. Bu optik texnologiya təbii deformasiyaya dözümlüdür və məlumatı (informasiyanı) ən sürəti şəkildə ünvana çatdırır.

Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonuna qədər bütün əhalinin yüksəksürətli internetlə təmin edilməsi, xətt şəbəkə infrastrukturunun optikləşdirilməsi, GPON texnologiyası vasitəsilə fiber-optik xətt üzərindən 100 Mbit/s-ə qədər kəsintisiz internet və telefon xidmətlərinin verilməsi və GPON texnologiyası əsasında potensial tətbiqlərin inkişaf etdirilməsi hədəflənib.

Layihə çərçivəsində 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektlərinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə isə 1 milyon 916 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışına imkan yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının və biznes subyektlərinin 66 faizini təşkil edir. Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. 2023-cü ilin iyul ayında “Bakı Telefon Rabitəsi” MMC Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırıb və cari ilin sentyabr ayında istehlakçılara ölkədə ilk dəfə 250 Mbit/s sürətində internet tarifini təqdim edib.

Evimizə qayıdırıq

2022-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətlər üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində tədbirlərin təşkili, magistral yol layihələrinin hazırlanması, bərpa və quruculuq işlərinin bir hissəsi də telekommunikasiya infrastrukturunun tikintisi və qurulması ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC Laçın şəhərində 800 evdə, Şuşa şəhərində isə ilkin olaraq 500 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlayıb və şəbəkə quraşdırıb. Həmçinin Laçın rayonunun Zabux və Sus kəndləri də GPON texnologiyası əsasında layihələndirilib. “Aztelekom” MMC tərəfindən Xankəndi, Xocalı ərazilərində internet magistral xətti və genişzolaqlı internet şəbəkəsi təmin edilib. Qarabağ  bölgəsinin bütün rayonlarına beynəlxalq telefon kodu verilib.

Mərkəzdə Azərbaycan vətəndaşı dayanır

“Rəqəmsal uçurum”un aradan qaldırılması üçün son 20 ildə görülən işlər öz bəhrəsini verməkdədir. “Ookla” şirkəti tərəfindən təqdim edilən son hesabata görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib. Bu o deməkdir ki, ölkədə genişzolaqlı internetin sürətində ümumilikdə 30 faiz illik artım olub. Azərbaycan vətəndaşını mütərəqqi və dayanıqlı telekommunikasiya xidmətlərinin istehlakçısı etməkdə davam etmək, onu dəyişən texnoloji ekosistemin daimi rezidentinə çevirmək mütəxəssislərin əsas missiyası kimi dəyişməz qalır.

Ölkə vətəndaşının rəqəmsal imkanlara çıxışının təmin edilməsi birinci növbədə texnoloji tərəqqini əldə rəhbər tutan sarsılmaz siyasi iradənin, yorulmaz əməyin məhsuludur. Bu iradənin qayəsi isə Azərbaycan vətəndaşının genişzolaqlı texnologiyaların tətbiqi mövzusunda dünyanın ən üstün infrastrukturundan faydalanması və ən müasir rəqəmsal imkanlara çıxış əldə etməkdir. Bu iradənin davamçıları olan mütəxəssislərimiz Azərbaycanın müvafiq sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilməsinə, rəqəmsal iqtisadiyyatın ölçülməsi, həmçinin koordinasiya edilmiş şəkildə inkişaf etdirilməsinə xidmət göstərməyə davam edəcəklər. Onlar ölkəmizdə rəqəmsal infrastruktur və xidmətlər, müvafiq sahədə qanunvericilik, maliyyə resurslarının əlçatanlığı və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də daxil olmaqla, rəqəmsal iqtisadiyyatın bütün komponentləri üzrə inkişafın bir hissəsi olacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH