Azərbaycanın sərbəst güləş yığması “Çempionlar” turnirinə Bursada hazırlaşacaq
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanın sərbəst güləş üzrə U-20 milli komandası növbəti təlim-məşq toplanışına başlayır.
Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma sabahdan Bursada Türkiyə millisi ilə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kiloqram), Camal Abbasov (61 kiloqram), Bəşir Verdiyev (65 kiloqram), Hacı Kərimov (70 kiloqram), Nurlan Ağazadə (74 kiloqram), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kiloqram), Məhəmməd Abbaszadə (86 kiloqram), Hüseyn Məmmədtağızadə (92 kiloqram), Fərhad Süleymanlı (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) hazırlıq prosesinə cəlb edilib.
Azərbaycan millisi toplanış bitdikdən sonra aprelin 17-19-da keçiriləcək “Çempionlar” turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]