Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları

Bakı, 10 noyabr, AZƏRTAC

Dünyanın sosial-iqtisadi resursları sırasında yer alan turizm sənayesi, çağdaş dövrün ən dinamik və populyar hesab olunan sahələrindəndir. Turizmin tədqiq və təhlili göstərir ki, bu sahənin yerləşmə arealı və istifadə imkanları hər zaman əsas götürülür. Turizmdən böyük gəlirlər əldə edən Amerika Birləşmiş Ştatları, Fransa, İspaniya, Türkiyə, İtaliya, digər Avropa və Şimali Amerika ölkələrində bu sənayenin rolu iqtisadi dövriyyə və marketinqdə xüsusi çəkiyə malik olmağı ilə şərtlənir. Beynəlxalq təcrübədən aydın olur ki, ölkələrin istehsal potensialı, gəlirlilik səviyyəsi və məşğulluğunun artırılmasında turizm sektorunun əhəmiyyətli təsiri var. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti çoxdur. Bütün bunları nəzərə alaraq, turizm sahəsinin dünyanın bir çox ölkələrinin sosial-iqtisadi inkişafının əsas təkanverici qüvvəsi hesab olduğu qənaətinə gəlirik.

Bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf yolu seçən ölkəmiz, müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlərə inteqrasiya etməklə dünyanın ən aparıcı və inkişaf etmiş ölkələri ilə iqtisadi əlaqələrini genişləndirməyə başlayıb. Bu əlaqələrin inkişaf etdirilməsi fonunda əməkdaşlıq turizm sahəsindən də yan keçməyib. Bu sahədə atılmış ilk addım -1999-cu ildə “Turizm haqqında qanun” və 2002-ci ildə qəbul edilmiş “2002-2005-ci illərdə Azərbaycanda turizminin inkişafı proqramı” sonrakı dövrlərdə ölkəmizdə turizm sektorunun inkişafı üçün zəmin yaradıb. Azərbaycanın turizm sahəsinin inkişaf etdirilməsi, gələcəkdə turist axınının sürətləndirilməsini təmin etmək üçün sonralar bir çox işlər görülüb. Ölkəmiz 2001-ci ildən etibarən Ümumdünya Turizm Təşkilatının Seulda keçirilən 14-cü Baş Assambleyasında təşkilata üzv qəbul edilib. Bu tarixi hadisədən sonra turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb, sonrakı mərhələdə çoxsaylı addımlar atılacağı düşünülüb.

Son illər dövlət səviyyəsində bu sahənin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər öz müsbət təsirlərini göstərməkdədir. Ölkəmizdə turizmin müxtəlif növlərinin formalaşmasına, bu sahədə çalışan kadrların maarifləndirilməsinə dəstək olan “Azərbaycan Respublikasında 2007-2016-cı illər üçün turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması və 2011-ci ilin “Turizm ili” elan edilməsi, əlbəttə, turizmin inkişafında mühüm nəticələr əldə olunmasına, Azərbaycanın qısa müddətdə dünyanın turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Eyni zamanda, 2015-ci ildə bu sektorda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi, habelə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar. Bu gün ölkəmizdə dövlətimizin başçısının həyata keçirdiyi səmərəli islahatların tərkib hissəsi sayılan Dövlət Turizm Agentliyinin yaradılmasından sonra turizm sənayesinin tərəqqi etməsi, daxili turizm potensialının dünya bazarına çıxarılması, eləcə də maddi-mədəni abidələrimizin turistlər üçün daha maraqlı məkana çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülməyə başlanılıb.

Dövlət Turizm Agentliyinin “Bir daha bax” (Take another look) şüarı ilə tanınan Azərbaycanın yeni turizm brendinin ötən ilin noyabrında Londonda “Dünya səyahət bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilməsini böyük uğurların başlanğıcı hesab etmək olar. Bir çox ölkələrdə təqdimatı keçirilən bu brend ölkəmizin qonağı olacaq hər bir xarici vətəndaşa Azərbaycanı daha yaxından tanıtmaq üçün yeni fürsətlər yaradır. Yerli və xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gələn brend bütövlükdə xalqımıza məxsus ən ali dəyərləri özündə birləşdirir. Bu gün Dövlət Turizm Agentliyinin nümayəndə heyəti çoxsaylı beynəlxalq görüşlər və danışıqlar vasitəsilə ölkənin turizm potensialının tanıdılması və ölkəyə çoxlu turistin cəlb olunması üçün önəmli görüşlər keçirir. Bu məqsədlə, turizm imkanlarımızın təbliğatı genişləndirilir, turizm biznesinin gələcək perspektivləri müzakirə olunur, qarışlıqlı əməkdaşlıq haqqında təcrübə mübadiləsi həyata keçirilir, eyni zamanda, hüquqi sənədlər imzalanır.

Dövlət Turizm Agentliyinin turizm strategiyasına uyğun olaraq, Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Gürcüstan, Sinqapur, Latviya, Cənubi Koreya, Almaniya, Hindistan, Vyetnam, Mərkəzi Asiya və Yaxın Şərq Ölkələri ilə turizm sahəsində ikitərəfli əməkdaşlıq üçün qarışlıqlı səfərlər təşkil olunur, müvafiq danışıqlar aparılır. Ölkəmizin turizm potensialının sürətli təbliği və ondan istifadə imkanlarının təşviq olunması üçün artıq 6 xarici ölkədə turizm nümayəndəliyi fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında ilbəil artım müşahidə edirik. Misal olaraq qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında ölkəmizə təşrif buyuran xarici ziyarətçilərin sayı 10,9 faiz artaraq təxminən 2 milyon 679 min nəfər olub. İlin sonunadək üç milyonuncu ziyarətçinin qarşılanmağı da proqnozlaşdırılır. Həmçinin ötən ilin oktyabr ayı ilə müqayisədə bu ilin eyni ayında ölkəyə gələn turistlərin sayında 25 faiz artım müşahidə edilib. Əlbəttə, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzləri - otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Bu gün Dövlət Turizm Agentliyinin gördüyü işlər, Azərbaycan Turizm Bürosu, Qoruqları İdarəetmə Mərkəzi, Turizm informasiya mərkəzləri, Destinasiya Menecmenti təşkilatlarının (regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması), Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının koordinasiyalı şəkildə fəaliyyəti ölkəmizin turizm imkanlarından səmərəli şəkildə istifadə edilməsi və dəstək göstərilməsi ümumi işin xeyrinə atılan ən uğurlu addımlardır. Ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, flora və faunasının zənginliyi, dəniz sahilində yerləşməsi, mədəni-tarixi irsi, yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlərə yol açan amillərdəndir. Odur ki, turizm sahəsində mövcud olan geniş imkanlar bir çox beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlıq etməyimizi zəruri sayır. Dövlət Turizm Agentliyinin hazırda bir neçə beynəlxalq təşkilat - Ümumdünya Turizm Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatla əməkdaşlıq etməsi turizm imkanlarımızın genişlənməsi və səmərəliliyin artırılmasına təsir göstərən faktorlardandır. Həmçinin agentliyin media qurumları ilə yaratdığı sıx və operativ əlaqələr də turizm imkanlarımızın təbliği və inkişafına müəyyən töhfələr verir.

Ümumi nəticədən çıxış edib bu qənaətə gəlirik ki, əməkdaşlıq əlaqələri dinamik sürətdə artırılır, təcrübə mübadiləsinə üstünlük verilir, turist məmnunluğu təmin edilir, ölkəmizin turizm strategiyası daha da təkmilləşdirilir, ölkəyə gələn turistin təhlükəsizliyinə diqqət göstərilir, habelə vətəndaş cəmiyyətinin yardımından faydalanmaqla qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.

Ancaq buna baxmayaraq, ölkəmizin turizm potensialı və ondan istifadə imkanının səs-sorağı daha böyük coğrafiyaya yayılmalı, müsbət dinamika daha da güclənməlidir. Çünki Azərbaycanın mövcud imkanları daha böyük inkişaf üçün zəmin yaradır.

 

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

 

Yazı, Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib