Azərbaycanın Ukraynadakı səfiri Odessanın 220 illiyinə həsr olunmuş şənliklərdə iştirak edib
Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı səfər zamanı Odessanın meri Gennadi Truxanov ilə görüşüb. Diplomat meri şəhərin yubileyi münasibətilə təbrik edib, Odessa sakinlərinə sülh, xoşbəxtlik və firavanlıq arzu edib.
Odessa şəhərinin rəhbəri də öz növbəsində, rəsmi Bakının Odessada Azərbaycan Respublikasının baş konsulluğunun açılması barədə qərarını yüksək qiymətləndirib. G.Truxanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cənubi Palmirada “Azərbaycan” parkının layihəsini ölkələrimiz və şəhərlərimiz arasında dostluğun rəmzi adlandırıb. O, Odessadakı çoxsaylı və sıx birləşmiş Azərbaycan diasporunun fəallığını də qeyd edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev