AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRLİYİNDƏ GÖRÜŞ
Kiyevdə rəsmi səfərdə olan Azərbaycanın daxili işlər naziri Ramil Usubov Ukraynalı həmkarı Yuri Smirnov ilə uğurlu danışıqlardan və 2002-2003-cü illərdə iki nazirlik arasında qarşılıqlı fəaliyyət protokolu imzalandıqdan sonra, mayın 30-da respublikamızın bu ölkədəki səfirliyində olmuşdur. Azərbaycan diplomatları, Ukrayna Azərbaycanlıları Konqresininin rəhbərliri və fəalları, tanınmış alimlər və işgüzar dairələrin nümayəndələri, Heydər Əliyev adına Beynəlvalq Münasibətlər və Sosial Elmlər İnstitutunun tələbələri və digər təşkilatların təmsilçiləri Azərbaycan nümayəndə heyəti ilə görüşə toplaşmışdılar.
Görüşdə vurğulandı ki, Ukrayna Azərbaycanlıları Konqresində birləşmiş Azərbaycan diasporu ən mütəşəkkil və fəal diasporlardan biridir. Konqresinin sədri Oqtay Əfəndiyev ölkəmizin hüdudlarından kənarda daimi yaşayan azərbaycanlıların müvəqqəti olaraq tarixi Vətənlərində gəlmələri ilə əlaqədar qarşıya çıxan bəzi problemlərin həll olunmasını xahiş etdi. Nazir bununla məşğul olacağına söz verdi.
X X X
Mayın 31-də Azərbaycanın daxili işlər naziri R.Usubov və onu müşaiyət edən şəxslər Vətənə yola düşdülər.
Zeynal Ağazadə
AZƏRTAC-ın ştatdankənar müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]