AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ FRANSANIN ÖLKƏMİZƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Xarici işlər naziri Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək Azərbaycan ilə Fransa arasında münasibətlərin genişlənməsinə mühüm əhəmiyyət verdiyini vurğulamışdır. Nazir, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin inkişafı üçün diplomatik xidmət sahəsindəki böyük təcrübəsindən fəal istifadə edəcəyinə əmin olduğunu bildirmişdir.
Nazir, Azərbaycandakı ictimai-siyasi vəziyyət, həyata keçirilən diplomatik islahatlar, insan hüquqlarının müdafiəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə səfirə ətraflı məlumat vermişdir.
Səfir Rolan Blatman diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün öz qüvvəsini əsirgəməyəcəyini vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq birliyin birgə səyi nəticəsində sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşün sonunda səfir öz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etmişdir.