Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın xarici siyasəti: sürətlə dəyişən geosiyasi şərtlər daxilində yeni məzmun çalarları

Azərbaycanın xarici siyasəti: sürətlə dəyişən geosiyasi şərtlər daxilində yeni məzmun çalarları

Müasir dünyada istər regional, istərsə də beynəlxalq proseslərdə qeyri-müəyyənlik və risklər artdıqca müstəqil dövlətlərin xarici siyasət prioritetlərinin məzmunu daha da aktuallaşır. Hər bir dövlət xarici siyasət məqsədlərinin uğurla həyata keçirilməsi üçün əlavə güc sərf etməli olur. Bu zaman mövcud vəziyyətin düzgün qiymətləndirilməsi və səmərəli fəaliyyət yolunun seçilməsi vəzifəsi ön plana çıxır. Cənubi Qafqaz ənənəvi olaraq qlobal geosiyasətin ən fəal istiqamətlərindən biri olub. Hazırda da bu region uğrunda böyük dövlətlərin amansız mübarizəsi davam edir. Onun fonunda Ermənistanın təcavüzkar və pozucu xarici siyasəti regionda risk və qeyri-müəyyənliyi artırır. Vurğulanan məqamların fonunda Azərbaycanın xarici siyasətini necə xarakterizə etmək olar? Ölkə rəhbərliyinin bu istiqamətdə atdığı addımların üzərində geosiyasi kontekstdə geniş dayanmağa ciddi ehtiyac duyuruq.

Cənubi Qafqazın ən güclüsü: yeni çağırışlara çevik reaksiya

Qlobal miqyasda müstəqil və uğurlu xarici siyasət yeritmək incə və geniş yanaşma tələb edir. Tarixi təcrübə göstərir ki, bu prosesdə qarşıya çoxlu sayda problemlər çıxır və ya qəsdən çıxarılır. Onların həlli liderin qətiyyətindən çox asılıdır. Azərbaycan Cənubi Qafqazda xarici siyasətində müstəqilliyi daim üstün tutan güclü dövlətdir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu həm zamanın sınaqlarından böyük uğurla çıxmaqda, həm də Prezident İlham Əliyev tərəfindən böyük inamla davam etdirilməkdədir. Bu tezisin işığında Azərbaycanın xarici siyasətinin prioritet aspektlərinə geosiyasi-nəzəri olaraq baxmağa çalışacağıq.

Məlumdur ki, bütün dünya dövlətləri son illər baş verən qlobal proseslərin təsiri ilə xarici siyasətlərini korrektə etməyə məcbur qalıblar. Hətta ABŞ, Çin və Rusiya kimi supergüclər belə müəyyən istiqamətlərdə xarici siyasət kurslarına yenidən baxmağa başlayıblar. Bu sırada Vaşinqton və Moskvanın Cənubi Qafqaz siyasətlərinə hansı aspektdə düzəlişlər etməyə başlamaları maraq kəsb edir. Çünki həmin faktorun yerli dövlətlərin xarici siyasət kursuna da mümkün təsirindən danışmaq mümkündür.

Amerika Gürcüstanda geosiyasi üstünlük əldə etdikdən sonra Ermənistanda möhkəmlənməyə can atır. Ayrıca Soros Fondu vasitəsilə Vaşinqton Ermənistanın siyasi və ictimai həyatına ciddi təsir etməyə başlayıb. Ekspertlərin yekdil rəyinə görə, Nikol Paşinyan məhz onların "layihəsi"dir. Bununla Ermənistanın siyasi mühitində parçalanma tendensiyasına yeni təkan verilib və eyni zamanda, geosiyasi aspektdə regionda qeyri-müəyyənlik artıb. Ermənistan daxilində və onun ətrafında müşahidə edilən proseslər bu tezisi təsdiqləyir. Tovuz təxribatına da həmin prizmadan baxmaq olar.

Gürcüstanla bağlı Vaşinqtonun mövqeyində elə bir dəyişiklik yoxdur. Lakin Gürcüstan hakimiyyətinə seçki islahatları ilə bağlı olan təzyiqlər göstərdi ki, Amerikanı bu ölkədə heç də hər şey qane etmir. Bu, Gürcüstana bundan sonra da müxtəlif məsələlərlə bağlı təzyiqlərin ola biləcəyi anlamına gəlir.

Ermənistan və Gürcüstandan fərqli olaraq, ABŞ-ın Azərbaycan siyasətində elə bir ciddi dəyişiklik gözə dəymir. Bunun səbəbi Azərbaycanın bütün istiqamətlərdə uğur qazanmasıdır. Bakı müstəqil siyasət kursundan zərrə qədər də kənara çəkilmir və Vaşinqton anlayır ki, belə şəraitdə təzyiqin nəticəsi olmayacaq. Digər tərəfdən, Azərbaycanın enerjidaşıyıcıları sahəsində həyata keçirdiyi siyasət bütün dünyanın enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Vaşinqton bu məqama son zamanlar daha çox üstünlük verir və Azərbaycanla əlaqələri genişləndirməyə çalışır.

Nəticədə, geosiyasi kontekstdə çox maraqlı mənzərə alınır: Qərb Cənubi Qafqazda Azərbaycansız hər hansı böyük layihənin reallaşmasının mümkün olmadığını siyasi səviyyədə qəbul edir! Bu da onların Ermənistana himayədarlıq siyasətində müəyyən korreksiyalara səbəb olur. Deməli, faktiki olaraq, Azərbaycanın tutduğu qətiyyətli və müstəqil xarici siyasət yolu böyük dövlətlərin belə regional siyasətinə getdikcə daha çox təsir etməyə başlayıb.

Bu tezisin işığında Rusiya və Türkiyənin Cənubi Qafqaz kontekstində Azərbaycan siyasəti çox maraqlıdır. Moskva Ermənistanı müəyyən səviyyəyə qədər müdafiə edə biləcəyini ermənilərin son Tovuz təxribatı zamanı nümayiş etdirdi. Yəni Kreml Azərbaycana qarşı sərtlik nümayiş etdirmədi. Lakin hərbi əməliyyatlardan sonra onu göstərdi ki, Ermənistana hələ də havadarlıq edir. Bunu iyulun 16-dan başlayaraq Ermənistana yüz tonlarla silah verilməsi təsdiq edir. Bu hadisəyə Azərbaycan Prezidenti konkret, obyektiv və qətiyyətli münasibətini bir neçə dəfə bildirib. Moskvaya çatdırılıb ki, Azərbaycan cəmiyyəti həmin faktdan narahatdır. Buna reaksiya verən Rusiya rəhbərliyi vurğulayıb ki, Azərbaycanla münasibətlərə böyük önəm verir. Belə çıxır ki, Moskva Cənubi Qafqaz siyasətində ciddi səviyyədə prioritetləri dəyişmək fikrində deyil və bundan sonra da təcavüzkar Ermənistana yardımlar edəcək. Azərbaycanın güclənməsi və haqlı olması məsələsini də qulaqardı edə bilməz. O halda gözlənilir ki, Rusiya Azərbaycana münasibətdə müəyyən balansı saxlamağa cəhd edəcək.

Bunun fonunda Türkiyənin Cənubi Qafqaz siyasətində bir sıra mühüm yeniliklərin olması diqqəti çəkib. Hər şeydən öncə, Ankara Tovuz təxribatı zamanı açıq, birmənalı və qətiyyətlə bəyan etdi ki, Türkiyə bütün imkanları ilə haqsızlığa uğramış Azərbaycanın yanındadır. Bundan sonra Azərbaycanla birgə hərbi təlimlər keçirərək real gücünü nümayiş etdirdi. Bu, ciddi geosiyasi addımdır. Həm də Azərbaycanın regionda geosiyasi mövqeyinin yeni səviyyəyə yüksəlməsi əlamətidir. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazda Azərbaycan-Türkiyə geosiyasi gücü var və Bakı ilə münasibətlərdə istənilən dövlət bunu nəzərə almağa məhkumdur. O cümlədən böyük dövlətlərin Azərbaycan siyasətində həmin faktora görə düzəlişlərin olduğu açıq gözlə görünür.

Beləliklə, Cənubi Qafqazın geosiyasi dinamikasında mühüm dəyişiklik baş verib. Bu regionda artıq Azərbaycan-Türkiyə geosiyasi birliyini və hərbi gücünü nəzərə alaraq hərəkət etməyə məcburdurlar. Şübhəsiz ki, belə bir keyfiyyət dəyişikliyi regionda geosiyasi balansın təminində ciddi rol oynayır. Bu prosesin uzun müddət qalacağına ekspertlər əmindirlər. Deməli, Azərbaycanın xarici siyasət kursunun bundan sonrakı inkişafına da həmin məqamı nəzər alaraq baxmaq lazım gəlir. Bu isə qarşımıza tamamilə fərqli bir siyasi mənzərə çıxarır. Onun müxtəlif aspektləri üzərində dayanaq.

Öncə vurğulayaq ki, Cənubi Qafqazın geosiyasi mənzərəsi ciddi dəyişmədiyindən Azərbaycanın xarici siyasət kursunda da ciddi dəyişiklik müşahidə edilmir. Tamamilə normal haldır. Həm də ona görə ki, Azərbaycan davamlı olaraq müstəqil və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir və regionda situasiyanın dəyişməsi bu xəttin də dəyişməsi anlamına gəlməməlidir. Bununla yanaşı, Azərbaycan bir sıra istiqamətlərdə daha açıq, qətiyyətli və sərt addımlar ata bilər. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakı yeni səviyyədə qətiyyət nümayiş etdirməkdədir. Buna Azərbaycan rəhbərliyinin ciddi əsasları vardır.

Məsələ ondan ibarətdir ki, rəsmi İrəvanın son dövrlərdə atdığı təxribatçı addımlar, ümumiyyətlə, danışıqlar prosesini zərbə altında qoyur. Belə ki, münaqişə zonasından məsafəcə çox uzaqlarda olan Azərbaycanın bir bölgəsində davamlı olaraq atəşkəsi pozub, müxtəlif hərbi təxribatlara əl atmaq, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağdan yayındırmaq deməkdir. Erməni generalların "yeni müharibə, yeni torpaq" kimi cəfəng tezislərinin reallaşma imkanının olmadığını hər kəs bilir. Bu səbəbdən yaxşı anlaşılır ki, Tovuz istiqamətində törədilən təxribatlarda əsas məqsəd Dağlıq Qarabağdan diqqəti yayındırmaqdır ki, bu da ilk növbədə danışıqlar formatına və prosesinə zərbə vurur. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasət kursunun ən prioritet istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında ədalətli həll edilməsindən ibarətdir, onda rəsmi İrəvanın danışıqlar prosesini pozmasının nə dərəcədə ciddi geosiyasi risk meydana gətirdiyinə bir daha əmin olarıq.

Xarici siyasətdə liderin rolu: İlham Əliyev nümunəsi

Əlbəttə, Azərbaycan rəhbərliyi müəyyən etdiyi xarici siyasətin prioritet istiqamətləri üzrə uğur əldə etməkdə qətiyyətli və israrlıdır. Deməli, Ermənistan hakimiyyətinin təxribatçı addımları Azərbaycanın xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll edilməsi məsələsini yeni səviyyədə aktuallaşdırıb. Bu məqam Prezident İlham Əliyevin fikirlərində və konkret əməli addımlarda özünü qabarıq surətdə göstərməkdədir.

Buradan vacib bir nəticə çıxara bilərik: Cənubi Qafqazda müşahidə edilən geosiyasi proseslərin yeni dinamikası Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsini daha da aktuallaşdırıb və rəsmi Bakı üçün bu məqam xüsusi həssaslıq təşkil edir. Eyni zamanda, belə bir vəziyyət Azərbaycanın xarici siyasətinin başqa bir prioritet istiqamətini yeni miqyas, genişlik və dərinlikdə gündəmə gətirir. Regionun geosiyasi dinamikasının yeni "ritmləri" fonunda Azərbaycanda daxili risk mənbələrinin mövcud olmadığını və əsas təhlükələrin ölkəmizin xaricində formalaşdığını nəzərə alaraq, düzgün siyasət və zəruri tədbirlərlə ölkəmizin xaricdən olan risklərdən qorunması və təhlükəsizliyin təmin edilməsi ön plana çıxır.

Bu, təhlükəsizliyin təmini baxımından çox maraqlı məqamdır. Çünki xaricdən olan riskləri və təhlükələri neytrallaşdırmaq üçün Azərbaycan artıq daha aktiv şəkildə Türkiyə ilə koordinasiyalı hərəkət etmək seçimini edib. Deməli, xarici siyasətin prioritetləri sırasında daha bir özəllik özünü aydın şəkildə göstərməkdədir. Cənubi Qafqazda, Yaxın Şərqdə, Aralıq dənizi hövzəsində, Avropa və Asiyada Azərbaycan-Türkiyə tandemi bütöv və vahid geosiyasi güc kimi çıxış etməyə başlayıb. Bu, ümumiyyətlə, qlobal siyasətdə yeni qüvvənin formalaşdığı anlamına gəlir. Azərbaycan və Türkiyənin beynəlxalq arenada vahid geosiyasi güc kimi fəaliyyətinin bünövrəsində hər iki ölkənin xarici siyasət kursunda yer almış üç prinsip dayanır.

Onlar aşağıdakılardır: dövlətlərin daxili işlərinə qarışmamaq və xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətlərin dəstəklənməsi, Azərbaycan və Türkiyənin milli maraqlarına və xalqın mənafeyinə cavab verməyən beynəlxalq hərəkətlərdən və təşəbbüslərdən kənar durulması və milli maraqlarımıza əsaslanan siyasətin daha da gücləndirilməsi, iki qardaş dövlətin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının və çoxtərəfli diplomatiyanın genişləndirilməsi. Bu prinsiplər üçün ortaq olan əsas məqsəd isə yuxarıda vurğuladığımız kimi, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq normaları çərçivəsində bərpa edilməsidir.

Burada bir mühüm məqamı vurğulamaq gərəkdir. Yuxarıda ifadə edilən yeniliklər Azərbaycanın xarici siyasət kursunun fərqli bir müstəviyə transformasiyası və ya məzmununun və strateji hədəflərin radikal dəyişməsi demək deyil. Ölkənin xarici siyasətində özünü göstərən həmin yeniliklər mövcud xarici siyasət kursunun dəyişən geosiyasi situasiyaya milli maraqlar çərçivəsində çevik reaksiyasını əks etdirir.

İndiki şəraitdə Azərbaycan xaricdən olan təhdidləri və riskləri neytrallaşdırmaq üçün həm özü güclənməli, həm də müttəfiqləri ilə daha aktiv surədə koordinasiyalı davranmalıdır. Bu fəaliyyətdə, təbii ki, Azərbaycanın beynəlxalq təşkilatlarla daha fəal işləməsi də zərurət kimi qarşıya çıxır. Deməli, faktiki olaraq, söhbət Azərbaycanın xarici siyasət kursunun regional və qlobal miqyasda daha fəal və geniş təsir səviyyəsinə çıxması ehtiyacından getməlidir. Əlbəttə, bu böyük vəzifəni təmin edən sistemli fəaliyyət, güclü siyasi lider və konkret proqramlar olmalıdır. İlham Əliyevin atdığı addımlar bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlindiyini göstərir. Bu isə xarici siyasətdə çox mühüm bir məqamın özünü göstərməyə başladığı anlamına gəlir. Həmin faktor siyasi liderin xarici siyasətdə yeri və rolunun daha da yüksəlməsi ilə bağlıdır.

Ümumiyyətlə götürdükdə, dünyanın bütün müstəqil dövlətlərində hazırda şəxsiyyətin, liderin rolu daha da aktuallaşıb. ABŞ-da prezident seçkisinin gedişatı göstərir ki, iddiaçılar öz şəxsi qabiliyyətlərini daha çox qabardır və problemləri həll etməyə qadir şəxsi keyfiyyətlərə malik olduqlarını sübut etməyə çalışırlar. Çünki dünya üzrə geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib və mənzərə ziddiyyətlərlə doludur ki, hər bir dövləti uğura ancaq güclü şəxsiyyətlər apara bilər.

Rusiya, Çin, Hindistan, Yaponiya, Türkiyə kimi dövlətlərin başçıları da eyni meyarlara görə qiymətləndirilirlər. Məsələn, ekspertlər Rusiyada Vladimir Putinin şəxsi keyfiyyətlərinin, faktiki olaraq, dövlətin uğurları əsasında dayandığını açıq deyirlər. Yaponiya, Çin və Hindistanda da eyni yanaşma və qiymətləndirmədir.

Azərbaycan Prezidentinin güclü siyasi iradəyə, diplomatik peşəkarlığa, qətiyyətə malik olduğuna bütün dünya növbəti dəfə əmin oldu. İlham Əliyev Rusiyada "Valday" klubundakı nitqində, Münxen Təhlükəsizlik Konfransında, MDB-nin müxtəlif tədbirlərində, ikitərəfli görüşlərdə açıq, ədalətli, əmin mövqeyi və əsl siyasi xadim qətiyyəti ilə bütün dünyanın hörmətini qazandı. Azərbaycan Prezidenti sübut etdi ki, həm aktiv, həm də ədalətli və beynəlxalq hüquqa əsaslanan fəaliyyətindən zərrə qədər də geri addım atmayacaq və həqiqəti istənilən siyasətçinin birbaşa üzünə deyəcək.

Nümunələr kifayət qədərdir. Məsələn, Aşqabadda MDB-nin dövlət başçılarının Zirvə toplantısında faşist cəlladı Qaregin Njde ilə bağlı Ermənistanın siyasətini ifşa etdi. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistana və Paşinyana növbəti dəfə öldürücü və sarsıdıcı siyasi-diplomatik zərbə vurdu. Bakıda Yunanıstanın yeni səfirinin üzünə dedi ki, Şərqi Aralıq dənizində Türkiyənin yanındadır, çünki Ankara haqlıdır və Türkiyə qardaş dövlətdir. İlham Əliyev verdiyi müsahibələrdə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini, tərəfkeşliyini və faktiki olaraq, heç bir problemi həll etmədiyini açıq ifadə etdi. Azərbaycanın dövlət başçısı Ermənistana meydan oxudu və "vuruşmaq istəyirsinizsə, gəlin təkbətək vuruşaq" dedi.

Heç şübhəsiz, bütün bunlar dünya ictimaiyyətində çox güclü təəssürat yaratdı. Artıq hər kəs anlayır ki, türk dünyasında bir deyil, ən azı iki yüksək səviyyəli, qətiyyətli, məqsədini açıq deyib onu həyata keçirən lider vardır: Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev! Və bu da təsadüfi deyil, real proseslərə dayanan faktdır. Çünki İlham Əliyevin qətiyyətli və ədalətli davranışı arxasında lider kimi əldə etdiyi saysız-hesabsız uğurlar dayanır. Azərbaycan artıq bütün sahələrdə gücü olan, sözünü deyən dövlətdir! Xarici siyasət kursunda da bu güc mütləq özünü göstərməli idi. Deməli, hazırda xarici siyasət kursumuzun çox əhəmiyyətli bir özəlliyi də vardır: xarici siyasət iradəli, çox fəal, təşəbbüskar, yenilikçi və yenilməz siyasi lider tərəfindən hazırlanır və reallaşdırılması yolları müəyyən edilir! Azərbaycanın xarici siyasət kursunda şəxsiyyətin yeri və rolu daha aktual bir səviyyəyə yüksəlib. Bu isə həm daxildə, həm də xaricdə Azərbaycan iqtidarının mövqeyinin daha da möhkəmlənməsi anlamına gəlir. Söz yox ki, xarici siyasətimiz üçün bu, çox əlamətdar haldır.

Onu da vurğulayaq ki, İlham Əliyev xarici siyasət kursunda daha böyük nailiyyətləri daxili siyasətdəki fəallığı, şəffaflığı, milliliyi və ədalətliliyi əsasında əldə edib. Bu, xeyli dərəcədə xarici siyasətin konkret prioritetlərindən biri əsasında müəyyən olunur. Konkret olaraq, milli-mənəvi və dini dəyərlərimizə sadiq olaraq və əsrlərboyu formalaşan zəngin təcrübəmizdən çıxış edərək dinlər və mədəniyyətlərarası dialoq və multikulturalizmin təşviq edilməsi xətti inkişaf etdirilir. Bunun üçün İlham Əliyev milli tərbiyəni, dövlət dilini, adət-ənənələri, mədəniyyəti, iqtisadiyyatı, sosial ədaləti, insanların rifahını daha da inkişaf etdirmək istiqamətində konkret proqramlar reallaşdırır. O cümlədən koronavirus pandemiyası dövründə Azərbaycan insanının sağlamlığının hər şeydən üstün tutulması çox sevindiricidir.

Bütün bunlar Azərbaycanın xarici siyasətində Avropa və Amerika istiqamətinin prioritetini qətiyyən arxa plana atmır. Əksinə, Azərbaycanın qətiyyəti və inkişafı ABŞ və Avropa İttifaqı ölkələrinin də Bakıya daha diqqət və məsuliyyətlə yanaşmasını tələb edir. Hazırkı mərhələdə xarici siyasətin mühüm çalarlarından birini bu məqam təşkil edir. Deməli, yaxın perspektivdə Qərb istiqamətindən də Azərbaycana faydalı olan addımların atılmasının bünövrəsi qoyulub.

Beləliklə, Azərbaycanın xarici siyasəti, faktiki olaraq, sürətlə dəyişən geosiyasi şərtlər daxilində Cənubi Qafqazda yeni fəallıq səviyyəsinə yüksəlib. Bu, xarici siyasətin bir sıra yeni faktorlarının meydana gəlməsi ilə müşayiət olunur. Hazırda real olaraq Azərbaycan regionun ən fəal dövlətidir. Onun daxili və xarici siyasəti harmoniya halında aktivləşməkdə və bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsinə yeni çalarlar qatmaqdadır. Gözlənilir ki, bu proses getdikcə güclənəcək!

Kamal Adıgözəlov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib